Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Professor Vaqif Abdullayevin “AZƏRBAYCANIN MEHRİBAN SİMASI” kitabı oxuculara təqdim olundu

Tarix 07.12.19, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin növbəti “AZƏRBAYCANIN MEHRİBAN SİMASI” kitabının təqdimatı oldu.

Təqdimatı giriş sözü ilə açan Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan MEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov qonaqlara kitabın yazılma zərurəti və elmi-siyasi, publisistik dəyəri haqqında ətraflı məlumat verdi: “...Bu kitab mənim dəyərli dostum, Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsgəri, tanınmış siyasi xadim, professor Vaqif Abdullayevin növbəti yaradıcılıq məhsullarından biridir. Onun hələ neçə il əvvəl Ulu Öndərin layiqli davamçısı İlham Əliyev haqqında yazdığı kitabını məmuniyyətlə xatırlayıram. Vaqif müəllim İlham Əliyev haqında o vaxt elə dəyərli fikirlər yazıb proqnozlar vermişdi, onların demək olar hamısı özünü doğrultdu. Hansı ki, həmin kitab yazılanda İlham Əliyev tamamilə başqa sahədə çalışırdı. Yəni, Vaqif Abdullayev siyasətdə öncəgörənlərimizdən biridir, onu bu uğurlarına görə təbrik edirəm...”.
Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyeva haqqında yazılmış bu fundamental əsər haqqında ətraflı danışan akademik Nizami Cəfərov daha sonra kitab haqqında dəyərli təəssüratlarını bölüşmək üçün tanınməş ziyalılara, qonaqlara söz verdi. YAP Siyasi Şurasının üzvləri, sabiq deputatlar və tanınmış jurnalistlər və digərləri kitab haqqında təəssüratlarını bölüşdülər.
Kitabın xarici dillərə tərcümə edilməsi də nəzərdə tutulub və artıq bu fəaliyyətə start verilib.

Professor Vaqif Abdullayevin “AZƏRBAYCANIN MEHRİBAN SİMASI” kitabı oxuculara təqdim olundu





Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap