Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Professorun yazıb mükafat aldığı kitab plagiat çıxdı - Fotolar

Tarix 04.12.18, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşrt etdirdiyi "İzahlı dilçilik terminləri lüğəti" kitabının plagiat olması ortaya çıxıb.

AzFakt.com "Ölkə.Az"-a istinadla xəbər verir ki,sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri”  və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürüblər. 

"İzahlı dilçilik terminləri lüğəti" kitabındakı köçürmələri üzə çıxartmaq üçün hər üç kitabı əldə etmişik. 

Professor Sayalı Sadıqovanın müəllifi olduğu kitabdakı oğurluq faktlarını görmək üçün heç dilçi olmaq da lazım deyil. Kitabın istənilən səhifəsini vərəqləmək kifayətdir edir ki, orada plagiat faktlarını aydın görəsən. Hətta misallar da eynidir. 

Kitabdakı minlərlə plagiat faktından hələlik bir neçəsini verirəm:

M. Adilov, Z.Verdiyeva, F.Ağayeva: 

“ADIN TƏRCÜMƏSİ – Bəzi xüsusi adların başqa dillərdən Azərbaycan dilinə gətirilməsi forması (bəzən adın bir hissəsi, bəzən də ad bütövlükdə çevrilir). Adətən, xüsusi adların çoxu bir dildən başqa bir dilə tərcümə olunmur. Onlar dilə gətirilərkənorfoqrafiya qaydalarına uyğunlaşdırılsa da, öz ilkin formasını və ifadə etdiyi mənanı saxlayır. Antroponimlər tərcümə olunmasa da, onun bəzi ünsürlərinin tərcüməsinə rast gəlinir. Xüsusi adların ən çox tərcümə olunan sahəsi idarə və təşkilat adlarıdır: СССР (Союз Советских Социалистических Республик) – SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı), США (Соединенные Штаты Америки) – ABŞ (Amerika Birləşmiş Ştatları), Уральский машиностроительный завод – Ural maşınqayırma zavodu. Tərcümə ən qədim adalma formasıdır. Bəzən bu, beynəlxalq xarakter daşıyır. Azərbaycan onomastikasına gətirilən xüsusi adlar bilavasitə morfoloji yolla tərcümə edilir. Adların tərcüməsi onların formasına müxtəlif şəkilçilərin əlavəsi ilə mümkündür. Çox hallarda isə adlar kalka edilir. Məsələn: Средиземное море – Aralıq dənizi, Черное море – Qara dəniz, Новая земля – Yeni torpaq, Красное море – Qırmızı dəniz”.

S.Sadıqova və işçiləri: 

“ADIN TƏRCÜMƏSİ – Bəzi xüsusi adların başqa dillərdən Azərbaycan dilinə gətirilməsi forması (bəzən adın bir hissəsi, bəzən də ad bütövlükdə çevrilir). Adətən, xüsusi adların çoxu bir dildən başqa bir dilə tərcümə olunmur. Onlar dilə gətirilərkənorfoqrafiya qaydalarına uyğunlaşdırılsa da, öz ilkin formasını və ifadə etdiyi mənanı saxlayır. Antroponimlər tərcümə olunmasa da, onun bəzi ünsürlərinin tərcüməsinə rast gəlinir. Xüsusi adların ən çox tərcümə olunan sahəsi idarə və təşkilat adlarıdır: СССР (Союз Советских Социалистических Республик) – SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı), США (Соединенные Штаты Америки) – ABŞ (Amerika Birləşmiş Ştatları) və s.”

Nümunədən gördüyümüz kimi, S.Sadıqova M.Adilovun nisbətən geniş şərhinin bir hissəsini eynilə kəsib götürüb. 

Digər qarşılaşdırma:

M. Adilov, Z.Verdiyeva, F.Ağayeva: 

“ƏMR CÜMLƏSİ. Danışanın iradə xüsusiyyətlərini (istək, arzu, rica, əmr, xəbərdarlıq, etiraz, hədə, çağırış, göstəriş və s.) ifadə edən cümlə. Əmr cümlələri aşağıdakı qrammatik vasitələrin köməyi ilə formalaşır: 1. Əmr intonasiyası ilə: Əllər yuxarı! İrəli yoldaşlar, yalnız irəli! (S.Vurğun). Addımla marş! 2. Xəbəri feilin məsdər, əmr və vacib şəkillərində çıxış etməklə: Oxumaq, oxumaq, yenə də oxumaq (V.İ.Lenin). Dayan, bu evə getmə! (İ.Hüseynov). 3. Bir sıra ədatların (ha, hi, da, də) və ədat funksiyasında çıxış edən sözlərin (gör, görüm, görək, qoy, qoyun (uz), gəl, gəlin (iz), bax, baxın(ız) köməyi ilə: Qoy şeirimi oxusun şən pioner dəstəsi (S.Rüstəm). Gəl çıx da! Bax, danışma ha!”.

 S.Sadıqova və işçiləri: 

“ƏMR CÜMLƏSİ. Danışanın iradə xüsusiyyətlərini (istək, arzu, rica, əmr, xəbərdarlıq, etiraz, hədə, çağırış, göstəriş və s.) ifadə edən cümlə. Əmr cümlələri aşağıdakı qrammatik vasitələrin köməyi ilə formalaşır: 1. Əmr intonasiyası ilə: Əllər yuxarı! İrəli yoldaşlar, yalnız irəli! (S.Vurğun). Addımla marş! 2. Xəbəri feilin məsdər, əmr və vacib şəkillərində çıxış etməklə: Oxumaq, oxumaq, yenə də oxumaq (V.İ.Lenin). Dayan, bu evə getmə! (İ.Hüseynov). 3. Bir sıra ədatların (ha, hi, da, də) və ədat funksiyasında çıxış edən sözlərin (gör, görüm, görək, qoy, qoyun (uz), gəl, gəlin (iz), bax, baxın(ız) köməyi ilə: Qoy şeirimi oxusun şən pioner dəstəsi (S.Rüstəm). Gəl çıx da! Bax, danışma ha!”.

M. Adilov, Z.Verdiyeva, F.Ağayeva: 

“PSEVDONİM. İctimai xadimlərin, yazıçıların və başqalarının müəyyən məqsədlərlə özlərinə seçdikləri əlavə, sonrakı ad (Bu, təxəllüsdən geniş anlayışdır).
Vladimir İliç Ulyanov 39 psevdonimdən istifadə etmişdir ki, bunlardan biri – Lenin sonralar dünya proletariatının rəhbərinin familiyası kimi rəsmiləşmişdir. Aleksey Maksimoviç Peşkov əslində daha çox Maksim Qorki psevdonimi ilə məşhurdur”.

S.Sadıqova və işçiləri: 

“PSEVDONİM. İctimai xadimlərin, yazıçıların və başqalarının müəyyən məqsədlərlə özlərinə seçdikləri əlavə, sonrakı ad (Bu, təxəllüsdən geniş anlayışdır).
Vladimir İliç Ulyanov 39 psevdonimdən istifadə etmişdir ki, bunlardan biri – Lenin sonralar dünya proletariatının rəhbərinin familiyası kimi rəsmiləşmişdir. Aleksey Maksimoviç Peşkov əslində daha çox Maksim Qorki psevdonimi ilə məşhurdur”.
 
F.Veysəlli: 

“MORFOLOGİYA.  ...Böyük alman şairi Y.V.fon Göte canlı orqanizmlərin forma və strukturunu öyrənən elmi morfologiya adlandırıtdı. Sonralar bu termin XIX əsrdəfleksiya və sözdüzəltmədən bəhs edən bir anlayış kimi dilçiliyə gətirildi. Ənənəvi qrammatikada buna forma haqqında təlim deyirlər (alm.Formenlehre). Ç.Hoket (1907) morfoloji modellərin  3 növünü fərqləndirir: a) amerikan strukturalizmində geniş işlənən distribusiyaya əsaslanan  (element və düzüm qrammatikasıdır-item-and arangement-grammar, kombinasiya morfologiyası); b) generativ-transformasional grammatikada  (item-and process-grammar) (buna proses morfologiyası da deyirlər; burada əsas abstrakt formalar transformasiyalar vasitəsilə üst struktur formalarına çevrilir); c) word-and paradigm-modell (buna paradiqm morfologiyası da deyirlər, ancaq burada əsas vahid kimi söz götürülür).... ”.

S.Sadıqova və işçiləri: 

“MORFOLOGİYA.  ...Böyük alman şairi Y.V.fon Göte canlı orqanizmlərin forma və strukturunu öyrənən elmi morfologiya adlandırıtdı. Sonralar bu termin XIX əsrdəfleksiya və sözdüzəltmədən bəhs edən bir anlayış kimi dilçiliyə gətirildi. Ənənəvi qrammatikada buna forma haqqında təlim deyirlər (alm.Formenlehre). Ç.Hoket (1907) morfoloji modellərin  3 növünü fərqləndirir: a) amerikan strukturalizmində geniş işlənən distribusiyaya əsaslanan  (element və düzüm qrammatikasıdır-item-and arangement-grammar, kombinasiya morfologiyası); b) generativ-transformasional grammatikada  (item-and process-grammar) (buna proses morfologiyası da deyirlər; burada əsas abstrakt formalar transformasiyalar vasitəsilə üst struktur formalarına çevrilir); c) paradiqm morfologiyası, burada əsas vahid kimi söz götürülür).... ”.

Qeyd edək ki, əqli mülkiyyəti oğurlanmış M.Adilov və Z.Verdiyeva bir neçə il əvvəl vəfat ediblər. 
Oxunma sayı: 6 dəfə






Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap