Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Prokuror Etimad İsmayılovun qatilinə ömürlük cəza istədi – Türkiyədə məhkəmə prosesi

Tarix 04.12.19, 19:42

Font ölçüsü : - / +
bitmap-img6


Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovu Türkiyədə qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib.

“Report” xəbər verir ki, Türkiyədə araşdırılan cinayət işi üzrə məhkəmədə prokuror qətlin əsas təşkilatçısı və icraçısı Gözəl Dəmirova ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.

Cinayətin törədilməsinə kömək etməkdə təqsirləndirilən Barış Aslana 15 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə cəzası istənilib.

Hər iki şəxsə qanunsuz silah saxlamağa görə əlavə olaraq 1 ildən 3 ilədək həbs cəzası da istənilib.

Qeyd edək ki, Etimad İsmayilov 2018-ci ilin sentyabrın 19-da İstanbulda öz ofisində məruz qaldığı silahlı hücum nəticəsində öldürülüb.

Hadisəni törədən Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, təqaüddə olan polkovnik Gözəl Dəmirov və sürücüsü Barış Aslan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

D.Gözəlov ifadəsində bildirib ki, E.İsmayılovun İstanbulun Floriya adlı ərazisindəki ofisində görüşüblər və borc məsələsinə görə aralarında mübahisə yaranıb. Bundan sonra G.Dəmirov silahını çıxaraq E.İsmayılova ardıcıl 3 dəfə atəş açıb.

Xatırladaq ki, G.Dəmirov 1990-cı illərin əvvəllərində Azərbaycanda polis rəisi işləyib. Bakı Soyuducu Fabrikinin direktoru olub. Onun Azərbaycan və Türkiyədə sərmayəsinin olduğu bildirilir.

E.İsmayılov hazırda Türkiyədə işləyən tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı olub.



Xəbərin oxunma sayı : 448




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap