Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prokurorluq 24 il əvvəl güllələnmiş şəxsin iddialarına münasibət bildirib

Tarix 16.08.22, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini İbadov Qərib Əliəkbər oğlunun, ona qarşı 1998-ci ildə cinayət törətmiş konkret şəxslərin məlum olduğu halda, prokurorluq orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı özünün səsləndirdiyi fikirlər yayımlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Bununla bağlı bildiririk ki, 07 fevral 1998-ci il tarixdə ayaqqabı təmiri sexində işləyən Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

Qərib İbadovun, təqsirləndirilən şəxslərin məlum olmasını iddia etməsinə baxmayaraq, bu günədək istinaqla qeyri-aşkar şəraitdə cinayət törətmiş şəxslərin müəyyən edilməsi mümkün olmayıb.

Odur ki, qeyd edilən iş üzrə hər-hansı şəxsin şübhəli şəxs qismində saxlanılması və ya ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməyib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda bildirilib.



Xəbərin oxunma sayı : 502




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap