Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prokurorluq əməkdaşının qardaşı necə kibercinayətkar oldu? - amerikalıların hesabından pul çıxarıb

Tarix 27.08.19, 13:58

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yerli və əcnəbi vətəndaşların bank hesablarında pul oğurlamaqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb. Onlardan biri daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məgkəməsində oğurluqda və kinercinayətkarlıqda ittiham edilən Fuad Hüseynov və Şahid Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Fuad Hüseynov "Kapitalbank"ın müştərilərinin hesablarından pul oğurlayaraq nağdlaşdırıb. Ona bu əməlində dostu Şahin Əhmədli də kömək edib. Dostlar pulun hamısını xərcləməyə macal tapmamış saxlanılıblar.

Onların barəsində hazırda polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Hər ikisi azadlıqdadır.

Elan olunmuş ittihamla hər iki şəxs özünü təqsirli bilib və əməllərindən peşman olduqlarını söyləyiblər.

Məhkəmədə məlum olub ki, hazırda zərərçəkən tərəf kimi "Kapitalbank" tanınıb.

Məhkəmənin davamında təqsirləndirilənlərdən Fuad Hüseynov ifadə verib.

Onun daha əvvəl Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitədən istifadə) maddəsi ilə ittiham edilərək cəza alıb.

O, bir neçə il əvvəl Moskvaya qohumlarının yanına getdiyini, orada yaşadığı müddətdə internet üzərindən əvvəllər görmədiyi Sergey adlı şəxslə tanış olduğunu deyib.

Bildirib ki, Sergey ona bank hesablarından pul çıxarmağın mümkün olduğunu deyib və bu işi ona öyrədib.

Fuad deyir ki, əvvəlcə bu təklifi qəbul etməyib. Bir müddət sonra Bakıya qayıdıb və narkotik istifadəsinə görə tutulub.

"Həbsdən çıxandan sonra maddi vəziyyətim yaxşı deyildi. Fikirləşdim ki, Sergeyin dediyini edim. O zaman öyrəndiklərimi unutmamışdım. Bu işə başlayanda ilk olaraq "Kapitalbank"ın müştərilərindən birinin hesabından pul çıxardım. Bu da tam təsadüf idi. Yəni bu bankdan başıadım və alındı"

Fuad pulu necə çıxarmasının mexanizmini də danışıb. O bildirib ki, hesabdan çıxarılan pulla "bitcoin" alıb. Daha sonra "bitcoin"i dəyərindən aşağı sataraq nağdlaşdırıb.

Təqsirləndirilən şəxs suallara cavabında deyib ki, zərərçəkən şəxslər arasında ABŞ vətəndaşları da olub.

Fuad daha bir maraqlı məqamı da açıqlayıb. o deyib ki, ayrı-ayrı hakerlər oğurlanmış bank hesablarını satırlar. Hesabı alan şəxs artıq oradan pul çıxarıb-çıxarmamağı özü müəyyənləşdirir. Fuad da pul çıxardığı hesabları raketlərdən aldığını deyib.

Bu iş üzrə ümumi zərər 134 min manatdır. Fuad dəymiş zərəri ödədiklərini deyib.

Fuad Hüseynovun məhkəmə zalında olan atası Zair Hüseynov deyib ki, evlərini sataraq zərəri ödəyiblər və hazırda kirayədə yaşayırlar.

O da məlum olub ki, Fuad Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin əməkdaşı Vaqif Hüseynovun qardaşıdır.

Hakimin suallarından məlum olub ki, hazırda zərərçəkmiş tərəf kimi müştərilərin yox, bankın tanınmasının səbəbi ilk olaraq bankın zərəri ödəməsidir. Çünki müştərinin xəbəri olmadan onun hesabından pul çıxarılıb, buna bank cavabdehdir. Bank təminatı olduğu üçün müştərilər pullarını bankdan alıblar. İndi isə zərərçəkmiş kimi bank tanınıb. Banka dəymiş zərəri təqsirləndirilən şəxslər ödəyib.

Şahin Əhmədli də eyni məzmunlu ifadə verib. O, Fuadla bir məhəllədə yaşadıqlarını, tanışlıqlarının da buradan yarandığını deyib. O, əməlindən peşman olduğunu deyib

Suallara cavab verən Şahin özünə çatan pulu götürdükdən sonra ağaclıq ərazidə torpağın altına basdırdığını deyib.

Məhkəmə araşdırması davam etdirilir.



Xəbərin oxunma sayı : 382




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap