Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Pulun 45,7 faizi ərzağa gedir

Tarix 15.09.17, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2 faiz üstələyərək 21,7 milyard manata bərabər olub. 

Novator.az-ın məlumatına görə, ticarət dövriyyəsinin 11 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib, satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,8 faiz üstələyib.

8 ayda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.



Xəbərin oxunma sayı : 181




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap