Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putin “kosmik korrupsionerləri ” həbs etdirdi - “Yüz dəfə deyilib ki, şəffaf işləyin”

Tarix 22.11.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidentinin sevimli layihəsi sayılan “Vostoçnıy” kosmik mərkəzinin tikilmə prosesində olan yeni sahələrinə çakilən xərclərin talanması nəticəsində 11 milyard rubl (172 milyon dollar) itirilib. Buna görə yüksək vəzifəli məmurlar həbsə salınıb və məlumatı Kreml təsdiqləyib. 

Bu həftənin əvvəlində Rusiya İstintaq Komitəsi bildirib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, dələduzluq yoluyla dövlət vəsaitlərini qeyri-qanuni mənimsədiklərinə görə 58 nəfər həbsə məhkum olunub. Ən böyük cəza müddətini (11,5 il) həmin kosmik mərkəzin tikintisi ilə məşğul olan Yuri Xrizman alıb. Yalnız onun fəaliyyəti nəticəsində dövlət büdcəsindən 5,2 milyard rubl (81 milyon dollar) oğurlanıb. 2018-ci ilin fevralında Yuri Xrizmanla birlikdə onun oğlu və tikinti şirkətinin bir neçə rəhbər şəxsi həbs olunublar. 

İstintaq komissiyasının məlumatına əsasən, hazırda “Vostoçnıy” layihəsinin reallaşdırılması üçün nəzərdə tutulan vəsaitlərin qanunsuz mənimsənilməsiylə bağlı əlavə 12 cinayət işi yoxlanılır. Bir neçə ildir ki, Moskva sovet dövrünün qürur mənbəyi olan sənayenin bu sahəsini yenidən işə salmağa cəhd göstərir. Böyük Britaniyanın Birləşmiş Müdafiə Araşdırmaları Kral İnstitutunun (Royal United Services Institute) Rusiya üzrə eksperti Mark Qaleoti “Tıme” jurnalına verdiyi müsahibədə deyib: “Rusiyanın Uzaq Şərq bögəsində yerləşən “Vostoçnıy” kosmik mərkəzi, ölkənin kosmik fövqəldövlət kimi dirçəlməsi istiqamətində göstərdiyi səyin əsas elementidir”.

“Vostoçnıy” kosmik mərkəzinin başlıca işi, hələ 1950-ci illərdə Sovet İttifaqı zamanı Qazaxıstanda inşa edilən köhnə Baykonur kosmodromundan asılılığı azaltmaqdır. SSRİ-nin dağılmasından sonra ilk kosmodrom kimi fəaliyyətə başlayacaq bu yeni start meydançası Rusiyanın böyük və yeni ambisiyalarına cavab verməlidir. Elə məhz həmin kosmik mərkəzdən 2030-cu ildə Aya kosmik gəmi göndərilməsi planlaşdırılır. Sentyabr ayında “Vostoçnıy” kosmoduramunu ziyarət edən Putin, ”Roskosmos” rəhbərliyinə müraciət edərək deyib: “Bu, mühüm, ümummilli tikinti layihəsidir”. 

Amma bu layihənin yaranması bəzi müşahidəçilərə inanılmaz ambisiyalı görünə bilər. ”Vostoçnıy” layhəsi işə düşdüyü ilk andan (2016-cı il) korrupsiya girdabına batıb. Oradakı tikinti daima gecikib, ciddi səhvlər aşkarlanıb, məvaciblərin verilməməsinə görə fəhlələr aclıq tətilləri keçiriblər. 2017-ci ildə Rusiya “Proton” kosmik raketinin buraxılışını təxirə salmaq məcburiyyətində qalmışdı. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, iş icraçıları mühərrikdəki qiymətli metallardan hazırlanmış xəlitəni oğurlayıb, onun yerinə istiyə davamlılıq xüsusyyəti zəif olan başqa bir mühərrik qoyublar. Bu hadisədən bir qədər sonra “Vostoçnıy” kosmodromundan buraxılan “Soyuz” raketi startdan həmən sonra yerə düşmüşdü. Çünki texniklər raketin start kompleksindəki uçuşun idarə edilməsi proqramını yeniləməyi unudublar. Putin hökumət üzvləri ilə görüşü zamanı əsəbi şəkildə “Vostoçnıy” kosmodromunda davam edən korrupsiya barəsində danışıb. O, bildirib: “Yüz dəfə deyilib ki, şəffaf işləyin. Onlar isə yüz milyonları oğurlayırlar”. 

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, oğurlanan 3,5 milyard rubldan (55 milyon dollar) yalnız üçdə biri geri qaytarılıb. Mark Qaleotti deyir: “”Vostoçnıy” ilə yanaşı Rusiyadakı digər iri dövlət layihələrinin əsas problemi maliyyə şəffaflığının olmamasıdır. Putin korrupsiyalaşmış yüksək vəzifəli fiqurlara qarşı ciddi mübarizəyə həvəsli deyil. Korrupsiyanın qabağını almaqdan ötrü o, öz elitasından başlamalıdır. Halbuki, bunu etmək istəmir. Nə zaman ki, o, qəzəb dolu nitqlər söyləyir, deməli onda aydın olur ki, məmurlar onlara ayrılandan daha çox pul oğurlayıblar. Putin demir ki, “Roskosmos” şəffaf olmalıdır. Amma oğruluğun miqyası elə böyükdür ki, bu, Putini hövsələdən çıxarıb”. (“Time”-ABŞ)

Rusiyada korrupsiya problem yox, sistemdir. Bu sistemin tarixi kökləri uzaqlara gedib çıxır. Rusiyanın tarixinə baxanda görünür ki, o, heç zaman Avropayla müqayisə edilə bilməz. 

Rusiya bir ölkə kimi elm və texnikanı Qərbdən götürsə də, oradakı ictimai nəzarət sistemini mənimsəyə bilməyib. Rusiyadakı korrupsiya cəmiyyətin zəifliyi ilə daha da möhkəmlənib. SSRİ dövründə korrupsiya sözündən söhbət salınmırdı, çünki bu o demək olardı ki, sovet dövləti çürüyür. Ona görə də, rüşvətxorluğa qarşı mübarizədən danışılırdı və bu, cəmiyyətdəki neqativ bir hal hesab olunurdu. İndiki Rusiyada vəziyyət tam fərqlidir. Əgər biz SSRİ ilə bugünkü Rusiyanı müqayisə etsək, talançılıq birin yüzə nisbətindədir. 1990-cı illərdə milyardlarla dollar dəyərindəki xeyli zavod, fabrik və müəssisə 2-3 milyon dollara özəlləşdirilirdi. Hazırda korrupsiya kəliməsi səslənəndə rusiyalılar içərisində buna təəccüblənən az adam tapılar, çünki ictimai immunitet yaranmış sistemə uyğunlaşıb.

AzPolitika.info



Xəbərin oxunma sayı : 448




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap