Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putin “OPEC”-ə səsləndi:“Sazişlə bağlı bütün amillər nəzərə alınmalıdır“

Tarix 06.06.19, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin OPEC+ sazişinin müddətinin uzadılması ilə bağlı rəsmi Moskvanın fikirlərini açıqlamayıb, amma əvəzində qərar qəbul edilərkən bir sıra amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

“RİA Novosti” xəbər verir ki, o bunu beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

“Bütün şərtləri, hər bir vəziyyəti – İranda, Venesuelada hasilatın azalmasını, Liviyada, Nigeriyadakı problemləri nəzərə almalıyıq. Eyni zamanda, yayda istehlakın artdığını da bilmək lazımdır”, – deyə Putin söyləyib.

OPEC ölkələri və təşkilata daxil olmayan bir sıra başqa ölkələr (OPEC+) 2016-cı ilin sonunda neft hasilatının 2016-cı ilin oktyabr ayının göstəricisindən gündəlik 1,8 milyon barel azaldılmasına razı olublar. Daha sonra 2018-ci ilin iyun ayında – ABŞ-ın İrana qarşı sərt sanksiyalarının gözlənildiyi anda qiymətlərin qəfil yüksəlməsi ilə əlaqədar hasilatın gündəlik 1 milyon barel artırılması qərara alınıb. Lakin ABŞ-ın İran neftinin alıcıları üçün gözlənilməz geniş istisnalarından sonra alyans hasilatın azaldılması sazişinə geri dönüb – bu, 2019-cu ilin birinci yarısı üçün 2018-ci ilin oktyabr ayının səviyyəsindən 1,2 milyon barel az olaraq nəzərdə tutulub. İyunda Vyanada OPEC və OPEC+ ölkələrinin nazirlər iclası keçiriləcək və dövlətlər sazişin gələcək perspektivlərini müəyyənləşdirəcək/Report.





Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap