“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Putin Ərəbistanla bağlı suala cavabında “Quran”dan sitat gətirdi:“Allahın mərhəmətini xatırla“

Tarix 17.09.19, 11:07

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına neft obyektlərinə dron hücumları fonunda S-400 və ya S-300 zenit raket kompleksləri sistemlərini almağı təklif edib. 

Bu barədə o, Ankarada keçirilən Rusiya-Türkiyə-İran prezidentlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Səudiyyə Ərəbistanında neft zavodlarına edilən hücumla bağlı suala cavab verən Rusiya prezidenti müqəddəs “Qurani-kərim”dən sitat gətirib.

“Müqəddəs Quranda öz ailəni qorumaqdan başqa, hər cür zorakılığın qəbuledilməzliyindən danışılır. Ona görə də öz ailəsini, ölkəsini qorumaq üçün biz Səudiyyə Ərəbistanına müvafiq yardımı göstərməyə hazırıq”, – deyə Vladimir Putin vurğulayıb.

Onun sözlərinə görə, Səudiyyə rəhbərliyi müdrik dövlət qərarı vermək üçün yetərlidir ki, İran kimi S-300 və ya Türkiyə hakimiyyəti kimi S-400 alsın: “Bu silahlar Səudiyyə Ərəbistanın hər hansı infranstruktur obyektini etibarlı qoruyacaq”.

İran prezidenti Həsən Ruhaninin “S-300, ya S-400-ləri almaq yaxşıdır?” sualına isə Putin belə cavab verib: “Qoy seçsinlər”.  

Bundan başqa Rusiya lideri bir daha Qurandan sitat gətirərək Səudiyyə Krallığının neft obyektlərinə edilən hücumları şərh edib: “Əhalisinin əksər hissəsinin müsəlmanlar olduğu Türkiyədə olduğum zaman müqəddəs qurandan sitatları xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırla. Bir vaxtlar düşmən idiniz, Allah sizin qəlblərinizi sınadı və sizi qardaş etdi”. Buna görə də düşünürəm ki, məhz bundan başlamalıyıq”, – deyə Rusiya prezidenti bildirib.  /APA




Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap