Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Putin internet üzrə müşavirini vəzifədən azad edib – Klimenko nə tələb edirdi?

Tarix 14.06.18, 18:15

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidenti Vladimir Putin özünün internet məsələləri üzrə əsas müşavirini vəzifədən azad edib.

İyunun 13-də Kremlin internet saytında dərc edilmiş sərəncamda German Klimenkonun işdən çıxarılmasının səbəbi bildirilmir. Klimenko Putinin dördüncü prezidentlik müddətində komandasında saxlamadığı azsaylı kadrlardan biridir.

Bu vəzifədə olduğu 15 illik müddətdə Klimenko rusiyalıların internetdən istifadəsini nəzarətdə saxlamağa çalışan mütəxəssis olub. Klimenko müşavir kimi vəzifəyə gəldiyi ilk aylarda Facebook və Google kimi böyük şirkətlərin bloklanmasına o qədər də həvəslə yanaşmayıb. O habelə bitcoin kimi kriptovalyutaların qadağanının mümkünlüyü məsələsini müzakirəyə çıxarmışdı.

Amma digər tərəfdən o, Telegram mesajlaşma platformasına qarşı mübarizə aparan əsas qüvvə idi. Sonradan Telegram aplikasiyası istifadəçilərinə aid məlumatları təhlükəsizlik orqanları ilə bölüşmək istəmədiyinə görə Rusiyada qadağan edildi.

Ötən mart ayında Klimenko bəyan etmişdi ki, əgər Qərb Moskvanın internetə bütün çıxışlarını bloklamaq istəyərsə, Rusiya özünün internet məkanına malik olmalıdır. Özünün Facebook səhifəsində Klimenko vəzifədən çıxarıldığını təsdiq edib və Putinə təşəkkürünü bildirib.

Lakin Rusiya prezidenti başqa müşavir və köməkçilərini postlarında saxlayıb. Bunlar onun administrasiya rəhbəri Anton Vaino, onun iki müavini Sergey Kiriyenko və Aleksei Qromov, prezidentin köməkçiləri Yuri Uşakov və Vladislav Surkovdur. (Azadlıq Radiosu)



Xəbərin oxunma sayı : 259




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap