Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Putin sürətlə nüfuzdan düşür –Rəy sorğuları Rusiya prezidentinin populyarlığının azaldığını göstərir

Tarix 20.01.19, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Son iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinə etimad 3 faiz azalaraq 33,4 faizə düşüb.

Bunu “Ümumrusiya İctimai Rəy Tədqiqatlar Mərkəzi”nin yanvarın 9-13 arası keçirdiyi sorğunun nəticələri göstərir. Mərkəz sorğunun nəticələrini yanvarın 18-də açıqlayıb və bu, mərkəzin tarixində ən aşağı göstəricidir.

Mərkəzin məlumatına görə, 2018-ci ilin sonlarında pensiyaya görə yaş həddinin qaldırılması haqqında qanunun qəbulundan sonra Putinin reytinqi 35-37 faiz arasında hərəkət edirdi. Hansı ki, həmin ilin martında bu göstərici 55 faizdən çox idi.

Amma Mərkəz bildirir ki, bu o demək deyil ki, Rusiyalıların çoxu Putini istəmir. Mərkəzin məlumatına görə, Putin yenə də ölkədə ən yaxşı siyasətçi hesab olunur və rəyi soruşulanların 62 faizi ümumilikdə onu dəstəkləyir.

Amma son vaxtlar bu göstərici də aşağı düşür.

Başqa bir agentlik- FOM-un (İctimai rəyin formalaşması faktorları) yanvarın 19-da açıqladığı məlumatına görə isə son ayda Rusiya hakimiyyətindən narazı qalan və ya hiddətlənənlərin sayı artaraq 54 faizə çatıb. Hansı ki, bu göstəriciötən ilin mayında 36 faiz idi.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap