Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putin sərt danışdı:“ABŞ Rusiyadan qurbanlıq qoyun kimi istifadə edir“

Tarix 05.12.18, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


“Birləşmiş Ştatların silahlara nəzarət paktından çıxmaq planı pis düşünülmüş addımdır”. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O xəbərdarlıq edib ki, Vaşinqton 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları Sazişindən (INF) çıxarsa, Moskva da belə edəcək.

Putin dekabrın 5-də danışıb. Bir gün öncə isə ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Moskva 60 gün ərzində sazişin şərtlərinə qayıtmazsa, Vaşinqton INF-dən çıxacaq.

Bu gün Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Birləşmiş Ştatlardan sazişdən çıxmaq niyyəti barədə bildiriş alıb. Bildirişdə deyilir ki, Rusiya sazişin pozulmasını aradan qaldırmazsa, onu tərk edəcək.

Putin iddia edib ki, ABŞ sazişin iflasına görə Rusiyadan qurbanlıq qoyun kimi istifadə edir.

“Bu pis düşünülmüş addıma görə kimisə günahlandırmağa çalışırlar”, – Moskvada jurnalistlərə danışan Putin əlavə edib ki, “bizim tərəfimizdən pozuntulara dair heç bir dəlil təqdim olunmayıb”. “Bizim cavabımız nə olacaq? Çox sadə: Biz də belə edəcəyik”, – Putin deyib.

XİN-in sözçüsü Maria Zaxarova dekabrın 5-də jurnalistlərə bildirib ki, Birləşmiş Ştatların rəsmi bildirişində Rusiya tərəfdən pozuntulara yol verildiyi iddia olunur, amma konkret dəlil göstərilmir. “Rusiya tərəfi dəfələrlə bildirib ki, bu, azından spekulyasiyadır. Bizə Amerikanın mövqeyini əsaslandıracaq heç bir dəlil təqdim olunmayıb”, – Zaxarova bildirib. (azadlıq.org)




Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap