Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

Tarix 21.02.18, 0:02

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Suriyadakı qoşun qruplaşmasının komandanının dəyişəcəyi gözlənilir. Virtualaz.org xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Müdafiə Nazirliyindəki mənbələrə istinadən bildirir.

Məlumata görə qoşunlara yenidən Hava Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovkin komandanlıq edəcək. “Belə imkan hazırda müzakirə olunur”-mənbə deyib.

Bildirilir ki, general Surovkin Suriyaya ezam edilsə yenə də Hava Kosmik Qüvvələrinin komandanı kimi qalacaq. Amma səlahiyyətlərini müavinlərindən biri icra edəcək.

 

Hazırda Rusiyanın Suriyadakı qoşun qruplaşmasına general-polkovnik Aleksandr Juravlev komandanlıq edir. O, həmin vəzifəyə 2016-cı ildə bir dəfə təyin edilib. Surovkin isə qruplaşmaya 2017-ci ilin iyun-dekabr aylarında komandanlıq etmişdi.

Ehtimal ki, komandanın dəyişdirilməsi rotasiya ilə bağlıdır. Lakin bu dəyişiklik Suriyadakı rus muzdlu qüvvələrinin Amerika aviasiyası tərəfindən darmadağın edilməsindən sonraraya təsadüf edir.



Prezident Vladimir Putin ötən ilin dekabrında Suriyadakı Hmeyminm aviabazasına gedərək qoşunların bu ölkədən çıxarılmasına dair əmri elan etmişdi. Lakin Rusiya kontingentinin çox az hissəsi çıxarılıb. Üstəlik dekabrın sonunda Hmeymim aviabazasına minomyot zərbələri endirilib və bir neçə təyyarə sıradan çıxarılıb. Daha sonra baza kütləvi dron hücumuna məruz qalıb.

RBK agentliyi Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiyanın Suriyadakı Hmeymim və Tartus hərbi bazalarının ərazisində mobil rabitə bloklanıb. Bu barədə əmri Baş qərargahın 8-ci idarəsinin rəisi, general Yuri Kuznetsov imzalayıb. Əmrə əsasən 2G və 3G siqnalları bloklanır, hərbçilərə isə əvvəlcədən xəbərdarlıq olunub ki, düyməli mobil telefonlara keçsinlər. Bu əmr bazaya yeni dron hücumunun qarşısını almaq və güman ki, informasiya sızmasını əngəlləmək məqsədi daşıyır.




Xəbərin oxunma sayı : 244




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap