Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putin və Ərdoğan yenidən görüşəcəklər –17 sentyabrda

Tarix 14.09.18, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də Rusiya lideri Vladimir Putinlə Suriyada yaranan vəziyyəti müzakirə etmək niyyətindədir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda keçirilən mətbuat konfransında deyib.

“Son günlər müxtəlif ölkələrlə danışıqlar aparırıq. Biz terrorla mübarizə aparmağa hazırıq, həmçinin Suriya böhranının siyasi yolla həll olunmasını istəyirik və bu məsələlərdə əməkdaşlığa razıyıq. Lakin terrorla mübarizə bəhanəsi ilə qadın, uşaq və mülki şəxslərə zərbələr vurulmasının əleyhinəyik. Yaxın günlərdə Prezident Ərdoğan Suriyada yaranan vəziyyəti Vladimir Putinlə müzakirə edəcək”, – deyə Çavuşoğlu bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının sentyabrın 17-də Soçidə görüşünə hazırlıq görüldüyünü təsdiqləyib.

Qeyd edək ki, 2017-ci ildə Suriyanın İdlib əyalətində silahlarını könüllü şəkildə yerə qoymaq istəməyən üsyançıların və onların ailə üzvlərinin keçə biləcəyi şimal təhlükəsizlik zonası yaradılıb. BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın məlumatına əsasən, bu regionda üsyançı “Cəbhət ən-Nusra” hərəkatının 10 min döyüşçüsü fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 415




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap