Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putindən Şərqi Avropa ölkələrinə səfərqabağı sərt mesajlar:“Qərb Balkan regionunda sabitsizlik yaradır“

Tarix 16.01.19, 11:07

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ştatların Balkanların regionda dominant rolunu qorumaqla sabitsizlik yaratdığını iddia edib. Putin bunu Serbiya qəzetlərinə müsahibələrində dilə gətirib.

Serbiyanın “Vecernje Novosti” və “Politika” qəzetləri yanvarın 15-də Putinlə müsahibələr dərc edib. Rusiya prezidenti bu həftənin sonunda Serbiyaya səfər etməlidir. Onun dediklərini Kremlin vebsaytı da dərc edib. ​

Putinin dedikləri Moskvanın Serbiyayla tarixən sıx əlaqələri olduğunu bir daha ortaya qoyur, eləcə də Moskvanın Qərbin nüfuzundan narahatlığını sərgiləyir. Bu arada Vaşinqton və onun Avropadakı müttəfiqlərindən bəziləri məhz Rusiyanın regionda sabitsizlik yaratdığını deyir, özəlliklə Monteneqro, Bosniya-Herseqovina, Makedoniyanın adını çəkir.

Putin müsahibələrində NATO-nun 1999-cu ildə Kosovo müharibəsi zamanı Serbiyanı bombalamasını, Kosovonun 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik elan etməsini yada salır. Kosovonun müstəqilliyini Serbiya və Rusiya pisləyib, Qərb ölkələri isə qəbul edib.

​“Balkanlardakı durumu gəlincə, Birləşmiş Ştatların və bir sıra digər Qərb ölkələrinin siyasəti onların dominant rolunu təsdiqləməyə çalışır və bu da əsas sabitsizlik yaradan faktordur”, – Putin deyib. O, Monteneqronun NATO üzvlüyünə sürükləndiyini vurğulayıb. “Sonucda bu ölkə siyasi sabitsizlik dönəmi yaşayır”, – Putin deyib.

Monteneqro Birləşmiş Ştatlar və digər ölkələrlə birlikdə Rusiyanı 2016-cı ildə ölkədə dövlət çevrilişi cəhdini dəstəkləməkdə suçlayıb. Monteneqro parlamenti 2017-ci ilin aprelində alyansa qoşulmağa yekdilliklə səs verib.

“Dəfələrlə demişik ki, NATO-nun genişlənmə siyasətini Soyuq Müharibənin qalığı, yanlış və dağıdıcı hərbi və siyasi strategiya sayırıq”, – Putin vurğulayıb.

Putinin Serbiyaya səfərini Qərb yaxından izləyir, Moskvanın keçmiş Yuqoslaviyaya dair niyyətlərinə dair ipucu axtarır. Moskvanın Makedoniyada da ictimai rəyə təsir göstərməyə çalışdığı iddia olunur. Bu ölkə Yunanıstanla tarixi razılaşma əldə edib, NATO və Avropa Birliyi üzvlüyünə yolu açıla bilər.

Təhlilçilər Putinin birgünlük səfərinin pik nöqtəsinin Belqraddakı Müqəddəs Sava pravoslav məbədinə səfər olacağını deyirlər.

Tədbir iştirakçılarının məlumatına görə, Putin serbiyalı həmkarı Aleksandar Vucicilə birlikdə Müqəddəs Savada qardaşlıq əlaqələrinin simvolu olaraq minlərlə adam qarşısında çıxış edəcək.

Putinin səfəri yanvarın 17-də başlanır.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 193




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap