Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Putindən ermənilərə sərt “şapalaq“ - “Azərbaycan əraziləri sonsuzadək işğalda qala bilməz“

Tarix 22.10.20, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin “Valday klubu”nun iclasında çıxışında erməniləri növbəti dəfə məyus edib. 

AzFakt.com-un məlumatına görə, Türkiyəni güvənilir tərəfdaş adlandıran, Prezident Ərdoğanın müstəqil siyasət yürütməsini tərifləyən Putin, Qarabağda müharibənin baş verməsinin səbəbinin Azərbaycan torpaqlarının uzun müddətdir işğalda qalması ilə bağlı olduğu mesajını verib.

"Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməzdi", - Putin bildirib. 

Rusiya prezidenti daha sonra ad çəkməsə də, danışıqların nəticəsiz bitməsinə görə Ermənistanı ittiham edib. 

"Biz problemin həlli üçün ən müxtəlif variantlar təklif etmişik. Hər dəfə son anda nəticə əldə etmək olmayıb", - deyə Putin bildirib. 

***

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşdır. Onun sözlərinə görə, Rusiyanın təkcə Ermənistanla deyil, Azərbaycanla da həmişə xüsusi əlaqələri olub.

Virtualaz.org  RİA Novosti-yə istinadən bildirir ki, Rusiya lideri bu barədə “Valday klubu”nun iclasında bildirib.

"Azərbaycanla da həmişə xüsusi əlaqələrimiz olub. Rusiyada 2 milyondan artıq erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlar yalnız müvəqqəti qazanc üçün gəlmiş insanlar deyil, həm də burada demək olar ki, daim yaşayan insanlardır", - deyə Putin qeyd edib

Putinin sözlərinə görə, orada insanların həlak olması Rusiya üçün böyük faciədir: "Biz həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik".

"Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək" -deyə apa-nın məlumatına görə, Putin Valday klubu forumunda onlayn çıxışı zamanı bildirib .

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən çox ümid edirəm ki, bizim amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

V.Putin bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır.

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur.

“Bu kompromisin tapılmasını çox istərdim”, - V.Putin əlavə edib.



Xəbərin oxunma sayı : 859




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap