Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putinin bir sözü yapon anbarlarını boşaltdı

Tarix 15.01.17, 6:09

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Putinin 15-16 dekabrda Yaponiyaya ziyarəti zamanı bu ölkənin ənənəvi içkisi olan sakedən içərək tövsiyə etməsi içkinin satışına təsirini göstərib.

Axar.az xəbər verir ki, sake istehsalçısı “Sumikava Şuzo”nun idarə heyətinin rəhbəri Takafumi Sumikava Putinin açıqlamasının üstündən çox keçmədən firmanın anbarlarındakı bütün sakelərin bitdiyini deyib:

“Şərq gözəli birinci keyfiyyət”dən hər il 20 min şüşə istehsal edirik. Ancaq brendə aid məhsulun Putinə təqdim ediləcəyi və müştərilərin bu qədər tələb göstərəcəyindən xəbərsiz idik. Telefonlarımız susmaq bilmir, anbarlarda isə şüşə qalmayıb”.

Sumikava 40 günə başa gələn içkini əldə etmək üçün müştərilərin öncədən sifariş etməli və 1 aydan çox gözləmək məcburiyyətində olduqlarını vurğulayıb.

Qeyd edək, sake ənənəvi yapon spirtli içkisidir. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar. Lakin bu içkinin tündlüyü təqribən 14-25% təşkil edir. Onun tərkibi daha çox likörü və ya şərabı xatırladır, ancaq istehsal prosesi pivənin istehsalına bənzəyir.



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap