Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”

Tarix 30.06.22, 18:28

Font ölçüsü : - / +
bitmap-img6


Qərb ölkələri Rusiyanın təcavüzü qarşısında Ukraynaya dəstək versələr də, bəzi məqamlarda, xüsusilə Rusiya ilə iqtisadi əlaqələrin nə dərəcədə kəsilməsi, Ukraynanın nə həddə silahlandırılması, müharibənin hansı şərtlərlə bitməsi kimi məsələlərdə bu ölkələr arasında fikir ayrılıqları da mövcuddur.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır ki, əslində bu, normaldır, çünki avtoritar Rusiya bir adamın göstərişi ilə hərəkət edir, demokratik Qərb koalisiyasının qərarları isə müzakirələrə və konsensusa əsaslanır: “NATO-nun üzvü olan hər bir ölkə demokratiyanı təmsil edir və onun lideri ictimai rəyi nəzərə almağa borcludur. Rusiya prezidenti Vladimir Putin buna açıq-aşkar zəiflik kimi baxır və durumdan istifadə etməyə çalışır. O, Avropaya ixrac etdiyi enerji, Avropaya və dünyanın başqa yerlərinə ixrac etdiyi ərzaq məhsulları üzərində manipulyasiyalar aparır, Qərbi soyuqdan donduracağına, aclıqla üz-üzə qoyacağına ümid bəsləyir, beləliklə, onu ya tabe olmağa, ya da ən azı neytral mövqe tutmağa məcbur etmək istəyir”.

Qəzet yazır ki, Fransa prezidenti Emmanuel Makronun İntibah Partiyasının son parlament seçkisində zəif nəticələr göstərməsi seçicilərin həqiqətən qiymətlərin qalxmasından, dolanışığın bahalaşmasından narazı qaldığına dəlalət edir.

Bahalaşmanın Putinin başlatdığı müharibə ilə qismən bağlı olduğunu vurğulayan “Vaşinqton Post” qeyd edir ki, Rusiya prezidenti Qərbin bütün bu problemlər qarşısında sınıb geri çəkiləcəyini güman edir, amma müharibənin beşinci ayıdır və cərəyan edən proseslər Putinin konkret bu avantürasının puça çıxdığını sübuta yetirir: “NATO öz birliyini qoruyub saxlayır. Hətta Putinin enerji ilə təchiz etdiyi ölkələr, xüsusilə Almaniya bəyan edir ki, Rusiya prezidentinin beynəlxalq asayişi aqressivcəsinə pozmaq cəhdinin qarşısını almaqda maraqlıdır”.

Türkiyənin NATO-ya qoşulmaq istəyən İsveç və Finlandiyanın alyansa üzvlüyünə veto qoymaq hüququndan imtinasını da Qərb koalisiyasının möhkəmliyinə, davamiyyətinə misal kimi göstərən qəzet sonda vurğulayır: “Müharibənin nə ilə bitəcəyini heç kim bilmir. Deyilənə görə, Ukrayna prezidenti Vladimir Zelenski “Böyük yeddilik” (G7) ölkələrinin liderlərinə bildirib ki, hər şeyin qışa qədər sona çatmasını istəyir. Artıq Ukraynanın sərt müqaviməti və Qərbin qəti mövqeyi sayəsində ən pis nəticənin (Rusiyanın tam qələbəsi) qarşısı alınıb. Belə davam etsə, Ukrayna sərt müqavimətini, Qərb qətiyyətli mövqeyini qoruyub saxlasa, daha böyük uğurlar əldə oluna bilər”.



Xəbərin oxunma sayı : 730




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap