Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putinin əsas adamı Ukraynada zərərsizləşdirildi – Bayden aqressiv başladı

Tarix 03.02.21, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


Politoloq Şahin Cəfərli ABŞ-da Bayden administrasiyasının fəaliyyətə başlaması ilə postsovet məkanında baş verən siyasi prosesləri şərh edib.

Qaynarinfo xəbər verir ki, politoloq Ukraynada rusiyayönümlü siyasətçi və oliqarx Viktor Medvedçuk ətrafında baş verənləri Bayden hökumətinin işə aqressiv başlaması ilə izah edib:

“Zelenskinin qərarı ilə Ukraynada rusiyayönümlü siyasətçi və oliqarx Viktor Medvedçuka məxsus telekanallar bağlandı.

Fevralın 2-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında 3 xəbər kanalı (“Kanal 112” , “News one” və ZIK) başda olmaqla, Medvedçuka aid bütün telekanallara, bu TV-ləri idarə edən iş adamı, deputat Taras Kozaka qarşı iqtisadi sanksiyaların tətbiqi barədə qərar qəbul olunub. T.Kozakın ölkə daxilindəki aktivləri, idxal-ixrac əməliyyatlarına dair lisenziyaları dondurulub.

“Müxalifətçi Platfoma – Həyat Uğrunda” Partiyasının lideri Viktor Medvedçuk Putinə çox yaxın şəxsdir. Rusiya prezidenti onun qızının xaç atasıdır. Medvedçuk Kuçma dövründə prezident administrasiyasının rəhbəri olub. O, hətta Rusiyanın Krımı ilhaq etməsi və Donbas hadisələrindən sonra da Ukraynada toxunulmaz fiqur sayılırdı. Prezident Poroşenko ondan birbaşa Putinə çıxmaq üçün etibarlı kanal kimi istifadə edirdi.

Medvedçuk bu toxunulmazlığına arxayın olaraq həm siyasi təşkilatlanma aparır, həm də Ukrayna informasiya məkanına nəzarəti ələ keçirmək üçün yavaş-yavaş telekanalları satın alırdı. Ukraynanın milli qüvvələri bu şəxsin sərbəst fəaliyyətindən çox narahat idilər. Nəhayət ki, Medvedçuka da toxunuldu.
Bu, çox ciddi qərardır. Şübhə yoxdur ki, qərarın qəbuluna ABŞ-da baş vermiş siyasi dəyişikliyin həlledici təsiri var. Dünən ABŞ dövlət katibi Blinken və Ukrayna xarici işlər naziri Kuleba arasında telefon danışığı olub. Kiyev bu söhbətdən çox məmnun qalıb, məlum qərar da məhz həmin söhbətdən sonra verilib.

Bayden hökuməti işə aqressiv başladı. Uzun müddətdir “hücumda” oynayan Putin rejimi bu gün 2011-2012-ci il Bolotnoye hərəkatından bəri ilk dəfədir daxildə ciddi etirazlarla üzləşib. Rejim imitasion demokratiyadan vaz keçmək məcburiyyətində qalaraq etirazçılara qarşı aşırı zorakılığa və müxalifət liderini həbs etməyə vadar olub. Navalnı Dövlət Duması seçkiləri öncəsi narazı seçiciləri mobilizasiya etməyə və yönləndirməyə qadir olan yeganə liderdir. Onu təcrid etməklə Kreml seçkiləri nisbətən rahat atmosferdə keçirmək və Dumada komfort çoxluq yaratmaq niyyətindədir. Bu seçki hakimiyyətin tranziti prosesində çox önəmli mərhələdir.

Güman ki, havalar isinməyə başladıqca etirazların miqyası da böyüyəcək. (O cümlədən Belarusda.) Rus xalqının təhsilli hissəsi, şəhərli orta təbəqə, xüsusən gələcəyinin oğurlandığını hiss edən gənclik bağlı qapılar arxasında cızılan planları pozmaq istəyir. Lakin bunun üçün liderə, təşkilatçılığa və aydın proqrama böyük ehtiyac var”.







Xəbərin oxunma sayı : 925




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap