Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Putinin növbəti prezidentlik dönəmi Azərbaycana nə vəd edir? – Təhlil

Tarix 11.12.17, 4:30

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Putin gələn il prezidentliyə yenidən namizəd olacağını açıqladı. Bu beynəlxalq aləm və Azərbaycan üçün nə deməkdir? Rusiyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Putin ölkəsində yüksək reytinqə malikdir. O elə birinci turda qələbə qazanacağına ümid edir. Putinin rəqibləri zəifdir və indiki durumda Rusiyada prezident seçkisində ciddi rəqabətin olacağını gözləmək mümkün deyil.

Putin baş nazir olduğu dövrdə, yəni 2008-ci ildə Gürcüstan torpaqlarını, prezident olduğu illərdə, yəni 2014-cü ildə isə Ukrayna torpaqlarını işğal etdi. Bu iki hadisədən sonra Qərb ölkələrinin Rusiya hakimiyyəti ilə münasibətləri xeyli gərginləşdi. Putinin dünyada dostları azdır, onunla müttəfiq olan dövlət başçıları belə Kreml sahibinin siyasətindən ehtiyat edirlər. İndinin özündə Vaşinqton Moskva ilə münasibətlərinin normallaşması üçün bu şərti irəli sürür: “Krım Ukraynaya geri qaytarılmalıdır”.
Aydındır ki, nə qədər ki, Vladimir Putin prezident olacaq Rusiya Krımı Ukraynaya geri qaytarmayacaq. Ümumiyyətlə Rusiyada bundan sonra da prezidentliyin kimliyindən asılı olmayaraq Krımın Ukraynaya geri qaytarılması problematikdir. Deməli, belə vəziyyətdə ABŞ-Rusiya münasibətləri normallaşmayacaq, Qərbin Rusiyaya qarşı saknsiyaları ortadan qaldırılmayacaq. Əlaqələr və görüşlər olacaq, ancaq Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı əməkdaşlıq mümkün olmayacaq. Yalnız Avropanın bir neçə ölkəsi Krımın işğalına rəğmən, Putinlə əməkdaşlığa maraq göstərəcəklər. Ancaq həmin ölkələrin liderləri də Brüsselin xəbərdarlıqları ilə hesablaşmaq məcburiyyətindədirlər.
Putinin növbəti dəfə namizədliyini prezidentliy irəli sürməsi Azərbaycanda da ciddi müzakirə olunur.

Birincisi, rəsmi Bakı Kremllə münasibətlərə xüsusi önəm verir və bu münasibətləri maksimum normal səviyyədə saxlamağa çalışır.

İkincisi, Rusiya Azərbaycan kənd təssürraftı məhsulları üçün əsas bazardır.
Üçüncüsü, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və qazandıqları gəlirin bir hissəsini Azərbaycan yaşayan ailələrinə göndərirlər.
Dördüncüsü, Rusiyanın işğalçı Ermənistana böyük təsir imkanları var və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas vasitəçidir.
Ona görə də Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin dəyişib-dəyişməyəcəyi Azərbaycan üçün vacibdir. Putin prezident olduğu dövrdə iki ölkə arasındakı münasibətlər stabil qalacaq, nə böyük inkişaf, nə də ciddi problemlər olacaq. Putin növbəti illərdə də Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Putini Qarabağ münaqişəsinin həlli maraqlandırmır. Putin Qarabağ münaqişəsi vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarına malikdir. O, bu siyasəti bundan sonra da davam etdirəcək.

Putinin Azərbaycanda səfir təyinatına reaksiyası da maraqlıdır. Vladimir Putin 9 ildən sonra Azərbaycandakı səfir Vladimir Doroxini Georgi Zuyevlə dəyişmək qərarına gəldi. Rəsmi Bakı bu qərardan narazı qaldı. Çünki deyilənlərə görə Georgi Zuyev Rusiyanın separatçı Abxaziyada maraqlarını təmsil edib və separatizmə dəstək verən açıqlamalar səsləndirib. Bakı belə bir səfirin Azərbaycanda işləməsinin əleyhinə çıxdı. Kuluar söhbətlərində hətta rəsmi Bakının Zuyevə aqreman verilmədiyi də açıqlandı. Bundan sonra Rusiya XİN-dən açıqlama gəldi. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək. Bu hələ yekun qərar deyil. Ancaq hər halda Kremlin Zuyevin namizədliyində israr etməməsi Putinin Bakı ilə münasibətlərdə problem yaşamaq istəmədiyindən irəli gəlir. Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrov separatizmi dəstəkləyən birisini Azərbaycana səfir təyin etməməli idi. Onun səhvini Putin düzətlməyə çalışdı.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 2014




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap