Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Putinin rəqibi həbsdən çıxdı –Navalnı Kreml qarşısında etirazların davam edəcəyi mesajını verdi

Tarix 15.10.18, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya müxalifətinin aparıcı fiquru Aleksey Navalnı 3 həftədən sonra həbsdən buraxılıb. O, sentyabrın 24-də qanunsuz etirazın təşkilində ittiham olunaraq saxlanmışdı. Elə həmin gün 30 günlün həbsdən çıxmışdı, həmin cəzanı isə yanvardakı siyasi yürüşün təşkilinə görə çəkmişdi.

42 yaşlı siyasətçi azadlığa çıxan kim Kremlə qarşı etirazları davam etdirəcəyini bildirib.

“Həbsdə olduğum 50 gün ərzində bu rejimin çökməkdə olduğuna bir daha şahid olduq”, – o, “Frans Pres” agentliyinə deyib. “Bloomberg” yazır ki, Kreml elitasının bir məsələdən narahat olduğu bildirilir – Navalnı təqaüd yaşının artırılmasından dolayı Rusiyada geniş yayılmış narazılıqdan istifadə edəcəkmi. Təqaüd yaşının artırılması təklif olunandan bəri Prezident Vladimir Putinin reytinqi də düşüb.

Elə Navalnının ikinci dəfə saxlanmasının səbəbi də Putin hökumətinin pensiya islahatına qarşı yürüşlər idi. “Frans Pres”in yazmasına görə, tərəfdarları iki ardıcıl saxlanmadan sonra Navalnıya cinayət işi açılacağından, onun uzunmüddətli həbsə atılacağından narahatdırlar.

Elə Navalnı martda prezident seçkisinə barəsindəki məhkumluğa görə buraxılmadı, amma özü ittihamları uydurma adlandırırdı. Bu arada Kremlin Putinin 2024-cü ildə seçkiyə bir daha getməsinə yol açmağa çalışdığı da iddia olunur. Axı, konstitusiya bir nəfərin 3 dəfə ardıcıl prezident seçilməsini yasaqlayır.

Rusiya Konstitusiya Məhkəməsinin rəhbəri Valery Zorkin Kremlin ruporu olan “Rossiskaya Gazeta”da məqaləsində yazıb ki, 1993-cü ildə qəbul olunmuş Konstitusiya köhnəlib və ona bəzi incə dəyişikliklər lazımdır.



Xəbərin oxunma sayı : 241




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap