Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Putinin yeni planı: Ermənistan ilk sıradadır- “Kommersant”dan inanılmaz məqalə

Tarix 09.01.19, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada nəşr olunan “Kommersant” qəzetində 2019-cu il üçün Kremlin qonşu ölkələrlə bağlı planlarına dair məqalə dərc edilib

Strateq.az EDnews.net-ə istinadən xəbər verir ki, qəzet il ərzində Rusiyanın 5 ölkəyə – Ermənistan, Ukrayna, Gürcüstan, Moldova və Belarusa daha çox diqqət ayıracağını bildirib.

Məqalədə Rusiyanın keçən il hakimiyyət dəyişikliyi baş vermiş Ermənistanı daha çox diqqət mərkəzində saxlayacağı vurğulanır: 

“Keçən ilin may ayında Nikol Paşinyan Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırdı. Ermənistan indiyədək görmədiyi hadisələri yaşadı və küçələrə çıxan insanlar tanınmamış bir siyasətçini hakimiyyətin ali kürsüsündə əyləşdirdi. Nəticədə Paşinyanın “Mənim Addımım” bloku ilin sonunda keçirilmiş erkən parlament seçkilərini asanlıqla qazandı.

Paşinyan tərəfindən həyata keçirlən “məxməri inqilab”dan sonra Ermənistanı xəritədə axtarmağa başladılar. Qərb də bundan məmnun idi. Rusiya isə Ermənistanda baş verənləri həssaslıqla izlədi.

Maraqlı idi ki, Rusiya bu proses ərzində bitərəf kimi görünməyə çalışdı və səsini çıxarmadı. Sadəcə olaraq, Rusiya Xarici İşlər Nazirliyi (XİN) bir neçə dəfə bəyanat yayaraq, Ermənistanın yeni hakimiyyətinin ikitərəfli münasibətlərin qorunmasına sadiq qalacağına olan ümidini dilə gətirdi.

Lakin gözlənilmədən İrəvanda Moskva üçün “naxoş sürprizlər” ortaya çıxmağa başladı. 2008-ci il martın 1-də İrəvanda keçirilmiş və ölümlə yadda qalan aksiyalara görə keçmiş hakimiyyətin ittiham edilməsi və bu yöndə həbslərin başlaması Moskvada o qədər də xoş qarşılanmadı”.

“Kommersant” yazır ki, Paşinyan hökumətinin Kremlə yaxınlığı ilə tanınan siyasətçiləri cinayət törətməkdə ittiham etməsi Moskvanın əsəblərini tarıma çəkib:

“Vladimir Putinin dostu Robert Köçəryan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov həbs edildi. İstintaq İrəvanı Moskva ilə üz-üzə qoydu. Kreml KTMT baş katibinə cinayət işi açılmasını ittifaqın imicinə zərbə kimi qiymətləndirdi. Lakin Nikol Paşinyan başqa taktikaya əl atdı, geri addım atmadı – Xaçaturovun yerinə başqa bir namizədini təklif etdi. Beləliklə, bu mübahisənin sıraları genişləndi. Belarusun İrəvana qarşı atdığı addım, Ermənistan istisna olmaqla, ittifaqın bütün üzvləri tərəfindən dəstəkləndi”.

Məqalədə Rusiya və Ermənistan rəhbərlərinin keçən ilin sonunda Moskvada keçirilən görüşünə də diqqət çəkilib:

“Vladimir Putin dekabrın 27-də Paşinyanla görüşdü. Lakin bu görüş də məsələni həll etmədi. Tərəflər arasındakı münasibətlərin qarışıq olduğunu sübut edən əsas məsələ isə Vladimir Putinin Robert Köçəryana Yeni il bayramı ilə bağlı təbrik məktubu göndərməsi oldu. Putin həbsdə olan dostundan möhkəm dayanmasını istədi”.



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap