Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Putinlə Merkel görüşdü –Qaz kəməri, Ukrayna, İran məsələləri geniş müzakirə edilib

Tarix 19.05.18, 1:56

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə Ukrayna münaqişəsi, ABŞ-ın İranla sazişdən çıxmasına Avropanın reaksiyası və Rusiyadan Almaniyaya təbii qaz nəql edəcək boru kəmərinin tikintisi məsələlərini geniş müzakirə ediblər.

Putin bildirib ki, Rusiya təbii qazının qonşu Ukraynaya verilməsi “Şimal Axını-2” kəmər layihəsinin başa çatmasından sonra da davam edə bilər. Bu kəmər dənizin dibi ilə və Ukraynadan yan keçməklə Rusiya qazını Almaniyaya nəql etməlidir.

Mayın 18-də Soçidə keçirilən görüşdə Putin deyib ki, Ukraynaya qazın verilməsi bunun iqtisadi baxımdan sərfəli olduğu halda davam edəcək.

Lakin Merkel deyib ki, “Almaniya hətta “Şimal Axını-2” layihəsinin icrasından sonra da Ukraynanın tranzit ölkə kimi roluna inanır”.

O əlavə edib ki, Almaniya bunun reallaşdırılmasına dəstək verə bilər.

Bundan əvvəl mayın 18-də Putin və baş nazir Dmitry Medvedev Merkeli Soçidəki iqamətgahda qarşılayıblar.

 

Rusiya-Almaniya qaz kəmərinə “sanksiya qoyula bilər”

 

Rusiyadan Almaniyaya Baltik Dənizindən keçməklə planlaşdırılan qaz kəməri təhlükəsizlik əndişələri yaradır və ABŞ-ın sanksiyalarına səbəb ola bilər. Belə bir xəbərdarlıqla Birləşmiş Ştatların aparıcı diplomatı çıxış edib.

ABŞ dövlət katibi köməkçisinin müavini, departamentdə enerji siyasəti üzrə ekspert Sandra Oudkirk mayın 17-də Berlinə səfəri zamanı bu haqda danışıb.

O, Birləşmiş Ştatların “Şimal Axını-2” qaz kəmərinə qarşı olduğunu, bu layihənin Rusiyanın Avropada “məkrli nüfuzu”nu gücləndirə biləcəyinə görə sanksiyalarla üzləşə biləcəyini vurğulayıb.

“Bu layihənin dayandırılmasından ötrü diplomatik yollarla bacardığımız qədər təsir göstəririk”, – deyən diplomat onu da əlavə edib ki, Konqres hökumətə lazım gələndə Rusiyanın oxşar layihələrinə sanksiya qoymaq səlahiyyəti verib.

Almaniya Rusiyanın Ukraynaya təcavüzkar fəaliyyəti və digər məsələlərlə bağlı sərt mövqe tutur. Ancaq Merkel bu kəməri müdafiə edir, Almaniyanın qaz təchizatını təmin etməsinə ciddi ehtiyac olduğunu bildirib.

Almaniya Avropanın ən böyük iqtisadiyyatı və dünyanın ən böyük qaz idxalçısıdır. Nüvə enerjisi zavodlarının fəaliyyətini tədricən dayandırdığından qazdan asılılığını da yüksəldəcəyi gözlənir.

Almaniya hökumətinin Rusiya üzrə təmsilçisi Dirk Wiese-nin deməsinə görə, Berlin bu kəmərə və İran sazişinə Moskvayla “əməkdaşlıq adaları” kimi baxır.

11 milyard dollarlıq bu layihə Rusiyanın Qərbi Avropaya ötürdüyü qazın həcmini ikiqat artıracaq. Əsasən Sibirdəki yeni yataqlardan çıxarılacaq qazın nəqlinə gəlin ilin sonunda başlanması gözlənir.


TƏHLÜKƏ


Kəmərin tikintisində iştirak edən şirkətlər bu həftə Almaniyanın Baltik sahilində hazırlıq işlərinə başlayıblar. Almaniyadakı zavodlar isə artıq minlərlə polad borunun istehsalına başlayıblar.

Oudkirkin fikrincə, bu layihə ona görə təhlükəsizlik sarıdan narahatlıq yaradır ki, qaz tranziti Ukraynadan yan keçəcək. Ukrayna isə tranzit haqqından çox asılıdır. Bundan başqa, Rusiya bu kəmər vasitəsilə həssas hərbi region sayılan Baltik dənizində yüksək texnologiyaya söykənən monitorinq və dinləmə avadanlığı quraşdıra bilər.

Diplomat Rusiyanın keçmişdə Ukraynayla mübahisə yarandıqca, onun qaz təchizatını kəsdiyini də yada salıb. Onun deməsinə görə, Vaşinqton Rusiyanın Baltik kəmərindən də oxşar təzyiq vasitəsi kimi istifadə edə biləcəyindən narahatdır.

Oudkirk Birləşmiş Ştatların Avropaya maye qaz ixracını artırmaq istədiyi üçün bu kəmərə qarşı çıxmasına dair iddiaları rədd edib.

“Şimal Axını-2″nin sözçüsü Jens Müller isə yeni kəmərin Rusiya qazından asılılığı artıracağıyla bağlı deyilənləri rədd edib. Onun sözlərinə görə, bu, Qərbi Avropa üçün xeyli sayda təbii qaz mənbələrindən yalnız biri olacaq.

Azadlıq Radiosu



Xəbərin oxunma sayı : 301




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap