Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qüdrət Şükürov qadın hamamını satışa çıxardı - Fotolar

Tarix 07.11.18, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov özünə məxsus əmlakları satışa çıxarıb.

AzFakt.com xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, o yaxın ətrafına bildirib ki, təcili olaraq 10 milyon manat lazımdır ki, köhnə işlərini sahmana salıb vəziyyətdən çıxsın. Bu məqsədlə özünün Bakının müxtəlif ünvanlarında yerləşən əmlaklarını və obyektlərini satır. 

Qüdrət Şükürovun belə obyektlərindən biri də Ali Məhkəmə  binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksidir.  “Baş liftçi”nin qalmaqallarla yadda qalan qızı Aysel Şükürovanın “Türk hamamına girdim” adı ilə sosial şəbəkələrdə yayımladığı videoda kompleksin olduqca bahalı işləmələrlə zəngin olması diqqət çəkir. Həmin hamama xərclənən pullarla Bakıdakı binaların yarısına keyfiyyətli liftlər quraşdırmaq olardı. 

İstintaqa cəlb edilmiş Qüdrət Şükürova təcili olaraq 10 milyon manatın niyə görə lazım olması bilinmir. Onun barəsində korrupsiya araşdırmaları davam edir. 

Məlumata görə, Qüdrət Şükürovun Ali Məhkəmə  binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksindən savayı Mərdəkandakı bir-birindən bahalı bağ evləri, Bakıda çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avroya başa gəlmiş “Mercedes S klass” son model avtomobili, “Range Rover”, “Mercedes Qalenvaqen”, “Lexsus” markalı maşınları və ictimaiyyətə bəlli olmayan sərvəti var. İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatının olması da gələn xəbərlər sırasındadır.

Qüdrət Şükürov qadın hamamını satışa çıxardı
Qüdrət Şükürov qadın hamamını satışa çıxardı







Xəbərin oxunma sayı : 346




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap