Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qüdrət Şükürovun 10 milyonluq hamam məsələsi Milli Məclisdə müzakirə olundu - Foto

Tarix 07.11.18, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürovun əmlakını satışa çıxarması məsələsi bu gün Milli Məclisdə müzakirə olunub.

AzFakt.com xəbər verir ki, büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı onun hamamını 10 milyon manata satdığına dair xəbər oxuduğunu deyib və təklif irəli sürüb: "Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Mən başa düşmürəm ki, onun bu əmlakını satışına çıxarmasına niyə icazə verilməlidir? Olmazmı ki, hamam hərraca çıxarılsın, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?! Bu məsələyə ciddi nəzarət edilməlidir. Ümumiyyətlə, mən Samir Şərifovdan xahiş edirəm ki, Azərbaycandan xaricə maliyyə axınının qarşısını alsın. Buna Maliyyə Nazirliyi ciddi nəzarət etməlidir”.

Qüdrət Şükürov qadın hamamını satışa çıxardı
Qüdrət Şükürov qadın hamamını satışa çıxardı




Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap