Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qırğızıstan: Atambayevin varisi olmağa 13 nəfər iddia edir

Tarix 21.09.17, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 15-i Qırğızıstanda prezident seçkisi keçiriləcək. Novator.az-ın məlumatına görə, dövlət başçısı postu uğrunda 13 namizəd mübarizə aparır. Onların 3-ü əvvəllər baş nazir postu tutub: Temir Sariyev, Omurbek Babanov, Sooronbay Jeenbekov.

Baş nazirin sabiq müavini Adaxan Madumarov, sabiq baş prokuror Azimbek Beknazarov, sabiq fövqəladə hallar naziri Bakıt Torobayev, keçmiş deputatlar Ulukbek Koçkorov, Kamçıbek Taşiyev də dövlət başçısı olmağa iddialıdır.

Digər namizədlər bunlardır: Bişkek merinin sabiq müavini Ernis Zarlıkov, hüquq müdafiəçisi Toktayım Umetaliyeva, BMT-nin Əfqanıstandakı xüsusi missiyasının siyasi direktoru Taalatbek Masadıkov, iş adamı Arstanbek Abdıldayev, Qırğızıstan Dostluq və Əməkdaşlıq Cəmiyyətləri İttifaqının prezidenti Arstanbek Maliyev.

Qırğızıstanda ali icraedici orqan hökumətdir. Hökuməti 120 yerlik parlamentdə deputatların yarıdan çoxunu təşkil edən fraksiya və ya koalisiya qurur. Dövlət başçısı olan prezident isə ümumxalq seçkisində 6 il müddətinə seçilir. Heç kim bir dəfədən artıq prezident seçilə bilməz. İndiki prezident Almazbek Atambayev 2011-ci ildən bu postdadır.



Xəbərin oxunma sayı : 106




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap