“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qırğızıstan və Tacikistanın münaqişənin dayandırılması ilə bağlı sənəd imzalayıb - VİDEO

Tarix 25.09.22, 15:19

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri iki ölkə arasındakı dövlət sərhədində vəziyyətin nizamlanması üçün danışıqlar aparıblar.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bazar günü jurnalistlərə bildirib.

Taşiyevin sözlərinə görə, sərhəddəki vəziyyəti həll etmək üçün Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Saymumin Yatimovla danışıqlar aparılıb. Danışıqları yekunu olaraq,

Tacikistan tərəfi ilə münaqişəyə və onun nəticələrinə son qoyulması ilə bağlı protokol imzalanıb.

“Ümid edirəm ki, protokolun bütün bəndləri yerinə yetiriləcək, qırğız və tacik torpaqlarına sülh və əmin-amanlıq gələcək”, - deyə Taşiyev vurğulayıb.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişə sentyabrın 14-də başlayıb və hər iki tərəfdən itki ilə nəticələnib. Tərəflər bir-birini silahlı təcavüzdə ittiham ediblər.






Xəbərin oxunma sayı : 589




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap