Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qırğızıstanda prezident seçkiləri keçirilir

Tarix 15.10.17, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir

Qırğızıstan vaxtı ilə səhər saat 8:00-da ölkə ərazisində 2 375 seçki məntəqəsi açılıb. Seçicilərin ümumi sayı 3 025 768 nəfərdir. Bunların 2 908 455-i Qırğızıstanda, 18 580 seçici isə xarici ölkələrdə səs verəcək.

Seçkilərdə 11 namizəd iştirak edir. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib. Seçkilərdə ölkənin sabiq baş nazirləri - Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov və müxalifət liderlərindən Omurbek Babanovun şansı yüksək qiymətləndirilir.

Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilir. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 7,49% təşkil etdiyini açıqlayıb.

Seçkiləri 700-dən artıq beynəlxalq müşahidəçi izləyir.

Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçkiləri ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi qismində, Milli Məclisin deputatları Nizami Cəfərov TürkPA xətti ilə, Rauf Əliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində izləyirlər.



Xəbərin oxunma sayı : 82




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap