“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Qızıl qiymətinə olan dombalan göbələyinin faydaları - Bizdə də yetişir

Tarix 29.07.23, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Kartofa bənzəyən bu qeyri-adi göbələk bütün dünyada ən bahalı və delikates məhsul sayılır. Fransız aşpazları onu "məhsulların almazı" və ya "kral göbələyi" adlandırırlar.

AzFakt.com saglamolun.az-a istinadən xəbər verir ki, xaricdə dombalan (yerdombalanı) göbələyinin 1 kq-ın qiyməti (növündən və ölçüsündən asılı olaraq) bir neçə min dollara çata bilər. Fransa, İtaliya, İspaniya, ərəb ölkələrində bu göbələk xüsusilə tez-tez istifadə olunur və sevilir.
Dombalan yalnız bahalı elit restoranlarda hazırlanır və əsasən az miqdarda olmaqla yeməklərə əlavə olunaraq bu yeməklərə qeyri-adi qoxu və dad bəxş edir.
Dombalan göbələyi dünayada çox az ölkələrdə yetişir. Bu ölkələrin arasında Azərbaycan da var. Lakin buna baxmayaraq bizdə dombalan demək olar istifadə olunmur və hətta bir çoxumuz onun nə olduğunu da bilmirik.
Azərbaycanda dombalan göbələyi əsasən, Goranboy və Gəncədə yetişir. Bizdə bir çox bazarlarda satılan bu göbələyin qiyməti digər ölkələrlə müqayisədə qat-qat daha aşağıdır. Ərəblər turist kimi ölkəmizə gələndən dombalana tələbat artıb və onun qiyməti də bir neçə dəfə qalxıb. Lakin buna baxmayaraq Azərbaycanda bu delikates məhsulun qiyməti Avropa və ərəb ölkələri ilə müqayisədə çox ucuzdur.
Dombalan göbələyi ən güclü afrodiziak sayılır.
Bundan əlavə dombalan immun sistemini yaxşılaşdırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir.
İtaliyada domlalan göbələyi əsasında çox effektli cavanlaşdırıcı kremlər istehsal olunur. Bu kremlərin qiyməti olduqca bahadır.



Xəbərin oxunma sayı : 811




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap