Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Qızları zorladığı iddia edilən “falçı Mirseymur“la bağlı yeni iddia - sevgi, xəyanət, intiqam? VİDEO

Tarix 21.04.18, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


İki gün əvvəl "Yeni Müsavat" qəzetində dərc edilən "falçı Mirseymur"la bağlı yazı ətrafında müzakirələr davam edir.

Gənc qızları zorladığı iddia edilən "falçı Mirseymur" artıq saxlanılıb. Onun yaxın dostu isə məsələ ilə bağlı yeni və maraqlı iddialar səsləndirib.

Aprelin 19-da redaksiyamıza müraciət edən gənc qızlar bildirirdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən şəxs İnstagram vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq onlarla intim əlaqədə olub.

Adlarını açıqlamadığımız gənc qızların iddialarında o da yer alır ki, "falçı Mirseymur"un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur.

Bu mövzu dərc edildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb.

Dünən "falçı Mirseymur" barəsində axtarış elan edilib və saxlanılıb. Hazırda bu işlə bağlı araşdırmalar davam edir.

Özünü "falçı Mirseymur" kimi tanıdan şəxsin Ramil Talıbov olduğu məlum olub.

Özünü Ramil Talıbovun yaxın dostu kimi təqdim edən şəxs isə bu gün qafqazinfo.az saytına müraciət edərək yeni məlumatlar verib.

Həmin şəxs bildirib ki, mediada qızların açıqlaması yayımlandıqdan sonra R.Talıbov Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən saxlanılıb və hazırda orada ifadəsi alınır.

"Falçı Mirseymur"un xanım dostu iddia edib ki, R.Talıbov və ondan şikayətçi olan A.Əhmədova bir neçə ay sevgili olublar: “İnstaqramda tanış olublar, 3 ay sonra Ramil ona xəyanət etdi, qız da bunu öyrəndi. Ramildən ayrılarkən ona “gör sənin başına nə oyun açacağam” deyib hədələmişdi. Onlar sevgili kimi bir yerdə olublar, restoranlara gediblər.

Zorlanan qız oğlanla restorana gedər? Yanındakı qız da onun rəfiqəsidir, amma Ramillə heç bir əlaqəsi olmayıb. Polis Ramili saxlasa da, qızları tapa bilmir ki, üzləşdirsin”.

Dostu deyib ki, R.Talıbov Bakıda taski sürücüsü işləyib: “O, Rusiyada usta kimi işləyirdi, sonra gəlib Bakıda taksi sürməyə başladı. Ramil əvvəl evli olub, boşanıb, bir övladı var”.

"Falçı Mirseymur"un dostu redaksiyaya bəzi fotolar da göndərib. Həmin fotolarda zərərçəkdiyini deyən qızla R.Talıbovun səmimi münasibətləri olduğu görünür.








Xəbərin oxunma sayı : 814




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap