Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qaşıqçı işində şübhəlilərin kimliyi dəqiqləşir – Şahzadənin yaxın ətrafıdır

Tarix 17.10.18, 10:19

Font ölçüsü : - / +
bitmap-img6


Səudiyyəli jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı iş üzrə şübhəli bilinən şəxslər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əs-Səud ilə əlaqəlidirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı öz mənbələrinə istinadən”The New York Times” qəzeti yazıb.

Mətndə bildirilir ki, Türkiyə tərəfindən Camal Qaşıqçının itməsi ilə əlaqədar müəyyən edilmiş şübhəlilərdən biri vəliəhd şahzadə Məhəmməd ibn Salman əs-Səudun şəxsi müşayiətçisi olub: o, Paris və Madriddə onunla birgə təyyarəni tərk edərkən görünüb. Həmçinin şübhəli şəxs şahzadənin bu il Hyuston, Boston və BMT baş qərargahına səfərləri zamanı çəkilən fotolarda diqqəti cəlb edib.

Nəşrin yazdığına görə, digər üç şübhəli vəliəhd şahzadənin təhlükəsizlik xidməti ilə əlaqəlidir. Beşinci şübhəli Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi və tibb müəssisələrində yüksək vəzifə tutan məhkəmə hakimidir ki, bu da onun Səudiyyə rəhbərliyi ilə əlaqələrinin olmasından xəbər verir.

Ər-Riyadın hazırkı siyasəti barədə tənqidi ifadələri ilə məşhur olan Qaşıqçı sənədlərin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də ölkəsinin İstanbuldakı baş konsulluğuna daxil olub və daha sonra onunla əlaqə kəsilib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi jurnalist Camal Qaşıqçının itməsi qalmaqalına görə ölkəsinə qayıdıb.



Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap