Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qadınları iş adı ilə Türkiyəyə aparıb cinsiz istismara məruz qoyublar - insan alveri

Tarix 03.08.18, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


5 nəfər qadını işləmək adı ilə Türkiyəyə aparan və onları cinsi istismara məruz qoyan şəxslər hakim qarşıısna çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham edilən Xəyal Ələkbərov və Zəhra Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında bir neçə nəfər qadını qadını Türkiyəyə aparıb.

Belə ki, 5 nəfər- Arzu Səmədova, Şəhanə Qadımova, Nərgiz Cəfərova, Ruhiyyə Alıyeva və Pərvanə Məmmədova (ad və soyadlar şərtidir) təqsirləndirilən şəxslərin cinayət əməllərinin qurbanları olublar.

İttihamda yazılır ki,onlar 5 nəfəri Türkiyəyə yüksək maaşla işləmək adı ilə aparıblar. Qurbanları avtobus və təyyarə ilə Türkiyəyə yol salıblar. Onları Türkiyədə Zəhra Quliyeva özü qarşılayıb. Onların xarici pasportunu alaraq onları cinsi istismara məruz qoyub və yaşadıqları evdə ayrı-ayrı şəxslərlə intim münasibətdə olmağa məcbur ediblər.

Elan olunmuş ittihamla Xəyal Ələkbərov özünü təqsirli bilməyib. O deyib ki, zərərçəkmiş qadınları Türkiyəyə iş üçün göndərib.

Zəhra Quliyeva da özünü təqsirli bilmədiyini deyib.

Zərərçəkmiş şəxslər isə məhkəmə prosesində iştirak etməyib.



Xəbərin oxunma sayı : 382




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap