Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qalib və məğlub arasındakı fərqi görmək üçün bu səhnə yetərli idi...

Tarix 29.05.23, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 25-də Moskvada keçirilən  Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası üzv dövlətlərlə yanaşı, qonaq qismində iştirak edən Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin bu toplantıda qonaq qismində iştirakı və çıxışı ölkəmizin artan nüfuzunun göstəricisidir.
      
Dövlət başçısı İlham Əliyev diqqəti bu kimi məqamlara yönəltdi ki, ötən il  Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir.  Azərbaycanın gəmiqayırma imkanları bu gün Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Ölkəmiz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək.
      
Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan  Azərbaycan dövlət büdcəsi ilə də  regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir.  Bu fikir hər zaman qeyd olunur ki,  əgər biz doğrudan da inkişaf  etmiş  ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq.  O da məlumdur ki,  ölkəmiz 2011-ci ildə  şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı  fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq   təcrübənin mübadiləsi və beynəlxalq səylərə  öz töhfəsini verməsi  üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində  atılan   addımlar  biznes cədvəlində  Azərbaycanı daha da  yüksək pilləyə çıxaracaq. 
      
Göründüyü kimi, Azərbaycan iqtisadi müstəqilliyə tam şəkildə nail olub. Dövlət başçısı İlham Əliyevin toplantıda vurğuladığı kimi, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası çərçivəsində aparılan müzakirələrdə bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi dəstəkləndi. Bir daha sübut olundu ki, ümumilikdə Azərbaycan  üzv olmadığı  planformalardan heç vaxt kənarda qalmır. Şanxay Əməkdaşlıq Təşkilatını da buna misal göstərə bilərik. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının təsdiqidir.
      
Tamam Bağırlı



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap