Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qalmaqala səbəb olan qanun layihəsi yenidən müzakirəyə çıxarıla bilər - FOTO

Tarix 19.08.22, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi illərdir Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılsa da, hələ də onun qəbuluna nail olunmayıb. Bu qanun layihəsi ilə bağlı cəmiyyətdə fikirlər birmənalı deyil. Belə hesab olunur ki, sözügedən qanun layihəsi Azərbaycan xalqının milli genofondunu təhlükə altında qoya, ailə institutlarına böyük zərbə vura bilər. Digər bir qisim isə düşünür ki, bu qanun layihəsi sonsuzluqdan əziyyət çəkən ailələr üçün son bir şans ola bilər. 

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi uzun müddətdən bəri həm cəmiyyətdə, həm də adiyyəti orqanlarda, eyni zamanda Milli Məclisdə müzakirə olunan mövzulardan biridir: 

“Həmçinin cəmiyyətimizin bir çox üzvünün səbirsizliklə gözlədiyi qanunlardan biridir. Bu qanun ən son halı ilə keçən il Milli Məclisin aydiyyəti qurumunda, eləcə də səhiyyə komitəsində geniş müzakirə olunub. Azərbaycan adət-ənənələrinə uyğun, eyni zamanda dünyəvi tibbi bilgilər əsasında yeni düzəlişlər edilib, fərqli fikirlər ortaya atılıb. Demək olar ki, qanun layihəsi hazırdır. Prosedur olaraq ötən il payız aylarında yenidən aydiyyəti icra strukturlarına göndərilib. Bu işin tətbiqi, eləcə də mexanizmlərin qurulması və qanunla yanaşı, maliyyə qaynaqlarının əvvəlcədən planlaşdırılması üçün işlər görülür”. 



Xəbərin oxunma sayı : 760




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap