Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qanunsuz balıq ovlayanlar böyük məbləğdə cərimə edildilər

Tarix 22.06.18, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə reyd keçirilib

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Corat və H.Z.Tağıyev qəsəbələri istiqamətində keçirilən reydlər zamanı qəsəbə sakinləri Qulu və Elman Ağayevlər, Allahyar Bədəlov qanunsuz balıq ovu edərkən saxlanılıb və onlardan 18 ədəd kütüm, 7 ədəd nərə balığı və ov alətləri götürülüb. Qanun pozucuları barəsində balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütümə görə 594 və nərəyə görə isə 1540 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Xanabad kəndi və Samux rayonu ərazilərində keçirilən reydlər zamanı Mingəçevir şəhər sakinləri Azər Dünyamalı və Ramin Bayramsoy qanunsuz balıq ovu edərkən saxlanılıb. Qanun pozucularından 45 ədəd şahmayı balığı götürülərək barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 1485 manat məbləğində iddia qaldırılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanuna müvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.



Xəbərin oxunma sayı : 181




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap