|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Qapı kilidləri açar olmadan da açılır: Kilidi necə seçək ki, oğrular qapımızı aça bilməsinlər?
Tarix 03.06.23, 23:22 |
|
Evlərimizin, ofislərimizin qapılarındakı kilidlər təhlükəsizliyin əsas şərtlərindən biridir. İstehsalçılar daim kilidlərin qoruyucu sistemində dəyişikliklər edir, onları yeniləyirlər ki, istehlakçıların təhlükəsizliyini daha da gücləndirsinlər.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:
Hamımızı narahat edən məsələlərdən biri də evimizin, ofisimizin təhlükəsizliyi, qorunmasıdır. Bunun üçün pəncərələrə barmaqlıq vurur, evin girişinə seyf qapılar qoyuruq. Bəs giriş qapısının kilidi? Kilidə də yetərincə diqqət yetiririkmi? Onu necə düzgün seçməliyik ki, sonradan peşman olmayaq? Giriş qapılarının kilidləri təhlükəsizliyin əsas şərtlərindən biridir. İnsanlar mənzillərini, ofislərini qorumaq üçün ən yaxşı kilidləri seçməyə çalışırlar ki, özlərini baş verə biləcək xoşagəlməz hadisələrdən – oğurluqlardan, evə yad adamların daxil olmasından sığortalaya bilsinlər. Kilidlərin təhlükəsizliyinin dərəcəsi fərqlidir. İstehsalçılar daim kilidlərin qoruyucu sistemində dəyişikliklər edir, onları yeniləyirlər ki, istehlakçıların təhlükəsizliyini daha da gücləndirsinlər.
Açar olmadan açılan kilidlər
Məsələ burasındadır ki, qapı kilidləri açar olmadan da açılır. Xüsusilə də peşəkar oğrular qapı kilidini açar olmadan da aça bilirlər. Bunun üçün əsasən iki üsul var. Birinci üsulu kilidi “sındırma”, ikincini isə “açma” adlandırmaq olar. “Sındırma” üsulu kilid mexanizminin tam və ya müəyyən qədər dağıdılması vasitəsilə həyata keçirilir. Yəni oğru kilidi açmaq üçün güc tətbiq edərək qapını açır. “Açma” üsulu isə kilidin işləmə funksiyasını bir qədər saxlamaqla, kodunu bu və ya digər şəkildə tapmaqla icra olunur. Hər iki üsul üçün kilidin növündən asılı olaraq müxtəlif metod və alətlər var. Bəzən adicə saç sancağı, məftillə də qapının kilidini rahatca açmaq olur.
Bir hərəkətlə qapı bir neçə yerdən bağlanmış olur
Kilidlərin də bir neçə forması olur. Taxma (keçirmə) kilidlər qapının içinə yerləşdirilir, sürgü və ya cəftə vasitəsilə bağlanır. Çoxnöqtəli kilidlərdə bir açar vasitəsilə bir neçə yerdən bağlanma gedir. Dəmir oxun baza hissəsinə 3, daha yaxşı kilidlərdə isə 6-8 əlavə dəmir ox birləşmiş olur ki, bununla da bir hərəkətlə qapı bir neçə yerdən bağlanmış olur. Üst kilidləri isə qapının üst hissəsinə vurulur və kilidin dəmir oxu qapı çərçivəsinə bərkidilmiş halqaya daxil olur, qapı bağlanır. Müasir giriş qapılarında əsasən əlavə kilidlənmə sistemləri olan çoxnöqtəli kilidlərdən istifadə olunur. Bu cür kilidlər maksimum təhlükəsizliyi təmin edir. Hətta oğru nə qədər peşəkar olsa da, bu cür kilidləri açmaqda çətinlik çəkər. Amma yenə də kilidi açmaq mümkündür. Sadəcə, bunun üçün xeyli vaxta ehtiyac var ki, bu da oğrular üçün təhlükədir.
Kilidin daxili mexanizmi nə qədər mürəkkəb olsa...
Gəlin indi də kilid seçimində daha çox nəyə diqqət etməli, nəyə üstünlük verməli olduğumuza baxaq. Kilidin daxili mexanizmi nə qədər mürəkkəb olsa, onu açmaq da bir o qədər çətinləşəcək. Mütəxəssislərin fikrincə, istənilən halda, peşəkar oğrular bütün kilidləri aça bilir. Amma bu cür olanları səs-küysüz və gizlin etmək mümkünsüzdür. Bundan başqa, kilidin daxili detalları üçün istifadə olunan metallara da diqqət yetirmək lazımdır. Onlar plastikdən yox, metaldan hazırlanmalıdır. Bunu sadə üsulla – seçərkən kilidi elə əlinizdə saxlamaqla da müəyyənləşdirə bilərsiniz. Əgər detallar həqiqətən də metaldan hazırlanıbsa, kilid ağır olacaq. Beləliklə, plastik detallardan hazırlanmış kilidlər təhlükəni, metaldan hazırlanmışlar isə təhlükəsizliyi maksimuma qaldırır. Polad sürgülər hətta ağır çəkic zərbələrinə də davamlıdır. Kilidin qiymətinə də hazırlanan zaman hansı metallardan istifadə olunması və oxunun quruluşunun mürəkkəbliyi təsir edir. Ümumiyyətlə götürsək, dünya praktikasına görə, bugünkü yüksək texnologiyalarla hazırlanmış kilidlərin istehsalçıları da qapımızın 100 faiz qorumasına zəmanət verə bilmir.
“Kilidin keyfiyyətlisini yox, ucuz qiymətə olanını alırlar”
Açar ustası Rasim Muxtarov deyir ki, insanlar çox vaxt özlərini aldadırlar: “Kilidin keyfiyyətlisini yox, ucuz qiymətə olanını alırlar. Amma belədə ikiqat, üçqat ziyana düşürlər. Belə ki, həmin o ucuz qiymətə aldığı kilidlər tez bir zamanda sıradan çıxır və yenisini almalı, üstəlik də yenidən usta xərci ödəməli olurlar. Bundan başqa, keyfiyyətsiz kilidləri oğrular da rahatca aça bilir. Belə halda insanlar lap böyük ziyana düşmüş olurlar. Məsləhət görərdim ki, İsrail, Türkiyə və İtaliya istehsalı olan kilidlər alsınlar. Onlar yüksək keyfiyyətli olur. Çin istehsalı olan və o birilərdən hətta bir neçə dəfə ucuza satılan kilidlərin özü də, açarı da tez sıradan çıxır. Qeyd etdiyim kimi, onları oğrular da çox rahat açırlar. Kilid alanda onun materialına diqqət yetirmək lazımdır. Metaldan, xüsusilə də latundan hazırlanan məhsul daha yaxşı olur. O birilər sanki oyuncaq kimidir. Əldə tutanda da hiss edirsən ki, saxtadır. Bəzən olur ki, müxtəlif kilidlərin açarları da bir-birinə uyğun gəlir, qapını açır”.
Keyfiyyətli kilidlər 10-15 il problemsiz işləyir
Keyfiyyətli kilidin ömrü uzun olur, deyir Rasim usta: “Yaxşı kilid nəinki qapımızı oğrudan, sındırılmadan qoruyur, həm də uzunömürlü olur. İstər-istəməz zamanla kilidin mexanizminin içi tozlanır. Onları arada bir litolla yağlamaq lazımdır ki, mexanizmi yaxşı işləsin. Bu cür kilidlər 10-15 il də problemsiz işləyir. Bundan başqa, bir məqama da aydınlıq gətirmək istərdim. Bəzən insanlar seyf qapıya çərçivəsinə hər tərəfdən oxlar keçən kilidlər qoyur və arxayın olurlar ki, bu cür kilidi heç kim aça bilməz. Yəni düşünürlər ki, oxlar qapını tam kilidləyir, vəssalam, qapı açılmaz. Amma bir məqamı unudurlar ki, bu cür kilidlərdə də oxlardan çox, kilidin keyfiyyəti vacibdir. Bu cür kilid keyfiyyətsiz və ucuz markalardan alınsa, oğru onu çox asanlıqla aça biləcək. Ona görə də oxlara yox, kilidin keyfiyyətinə arxayın olmaq lazımdır”.
Xəbərin oxunma sayı : 361
Sosial
Xəbərlər
-
İpoteka kreditləri üzrə şərtlər yüngülləşdirilsin - Deputat
-
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
-
Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi
-
3 dərəcə şaxta, qar, güclü külək - Sabahın havası
-
Cəza sərtləşdirildi: bu şəxslər 2500 manat cərimələnəcək
-
Bu şəxslərin maaşları artırılır - MƏBLƏĞ
-
Moskvadakı terroru kim maliyyələşdirib? - İstintaq Komitəsi açıqlama yaydı
-
Kommunal xidmətlərlə bağlı dəyişiklik - QƏRAR
-
Üçqat dünya çempionumuzun cinayət işi: 185 mini kim mənimsəyib?
-
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
-
AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama
-
Qazaxıstandan öz vətəndaşlarına çağırış: “Odessa və Xarkov vilayətlərini tərk edin”
-
Azərbaycan xaricdən ət alışını artırıb: Ən çox nə idxal edirik? - CƏDVƏL
-
Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb? - FOTO
-
Avtomobili ağ və qırmızı olmayanlar nə etməlidir? - AÇIQLAMA
-
İsrail Hələbə hava zərbələri endirib - 36 Suriya hərbçisi həlak olub
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 21 məsələ var
-
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
-
1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı
-
NATO Ukraynaya ciddi dəstək verməlidir - Latviya XİN başçısı
-
Dünyanın ən bahalı altı futbolçusu: Siyahıda Mbappe yoxdur
-
Qlobal istiləşmə Yer kürəsinin fırlanma sürətini dəyişib - Görünməmiş TƏHLÜKƏ
-
Yaponiyadan texnoloji yenilik: Yuyula bilən smartfon istehsal edildi
-
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
-
“ABŞ-nin NATO-dan çıxması məsələsi gündəmə gələ bilər” - Bolton
-
Jurnalist İdrak Camalbəyli Kiyevdə vəfat edib
-
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
-
Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
-
İlon Mask müğənni sevgilisindən ayrıldıqdan sonra depressiyaya düşüb? - FOTO
-
Azərbaycan əhalisinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
TOP 10
ARXİV