Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qaqauzlar döyüşə hazırlaşırlar: Moldova Rumıniyaya birləşsə, onlar Türkiyəyə arxalanacaqlar – Araşdırma

Tarix 01.03.18, 2:34

Font ölçüsü : - / +
bitmap-img6


Svetlana Qamova

Nezavisimaya gazeta, 28.02.2018

Moldovanın Rumıniya ilə birləşməsi təbliğatı ölkənin Qaqauz muxtariyyəti yerləşən cənubunda münaqişə ilə qurtara bilər. Ağsaqqallar və bütün səviyyələrdə hakimiyyət qurumları təmsilçiləri Şurası bildirib ki, qaqauzlar Rumıniyaya getməyəcəklər. Qaqauz Respublikası Ali Sovetinin keçmiş sədri, muxtariyyətin qaynağında duranlardan Mixail Kindegelyan “NG”-yə deyib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan mayda Qaqauziyaya səfər edəcək. Qaqauzlar yardım üçün ona müraciət edəcəklər. Onlar əmindirlər ki, Türkiyə onları atmayacaq. Mümkün birləşmə haqda məsələ bu gün Moldova Ali Güvənlik Şurasında müzakirə olunacaq.

Moldova Respublikası (MR) prezidenti İqor Dodon ölkənin Rumıniya ilə birləşməsi uğrunda çıxış edən partiya və təşkilatların fəaliyyətini önləmək və Müdafiə Nazirliyinin letal silah almaq niyyətini müzakirə üçün bu gün Ali Güvənlik Şurasını çağırıb. İqor Dodon bu günlərdə “NG”-yə deyib ki, “tərəfsiz ölkə ümumiyyətlə silah almamalıdır – xüsusən də məktəb və uşaq bağçalarının maliyyə qıtlığı üzündən bağlandığı vaxtda”.

MR prezidenti qeyd edib: “Bir də Moldovada kiminlə vuruşacağıq? Heç kimlə və ehtiyac da yoxdur. Dnestryanında bunu özlərinə təhrik edirlər. Orada isə tənzimlənməmiş münaqişə var”.

Moldovanın Rumıniya ilə birləşməsi haqda yerli hakimiyyət orqanlarının bəyannamələrinə gəlincə, İqor Dodon istisna etmir ki, bu, divar divara dəyəndə baş verə bilər. Prezident deyib: “Mən görürəm ki, bu cür ssenariyə maraq var və bu, Rumıniyadan təşviq olunur. Onların ortamüddətli fikri bu ərazilərin  Rumıniyaya keçməsidir, amma bu, vətəndaş müharibəsi deməkdir”.

O, ən təşvişli hadisədən əbəs yerə əndişələnmir: Qaqauz muxtariyyətində Ağsaqqallar və hakimiyyətin bütün səviyyələri təmsilçiləri Şurası toplanıb. Muxtariyyət başqanı (mətndə bu cürdür-tərc.) İrina Vlax Şurada qeyd edib ki, Qaqauziya “Moldovanın Rumıniya ilə birləşməsini müdafiə edən antidövlətçi güclərə müqavimət göstərməlidir”.

Qaynar beyinlər silahlı müqavimətdən danışmağa başlayıblar. MR parlamenti deputatı Kornel Dudnik bildirib: “Unirya (birləşmək-“NG”) olsa, birinci mən avtomatımı götürüb Qaqauziyanı müdafiə etməyə gedəcəyəm”.

İrina Vlax muxtariyyətdə 2014-cü il referendumunun nəticələrini yada salıb. O zaman Qaqauziyanın təxirə salınan statusu haqda qərar qəbul edilib və Moldovanın özü statusunu itirəcəyi halda muxtar ərazi qurumunun öz müqəddəratını müəyyən etməsini nəzərdə tutur. Vlax qeyd edib ki, referendum keçiriləndə də qarşıdurma olub: “Amma referendumun nəticəsi Qaqauziyada dəyişikliklər olub. Lakin ölkədə unionçu hərəkat yenidən qüvvə toplamağa başlayır, Rumıniyaya birləşmək haqda bəyannamələr qəbul edilir. Biz isə Moldova dövlətçiliyinin möhkəmlənməsində maraqlıyıq. Mən əminəm ki, güclü Qaqauziya ancaq güclü Moldovada mümkündür”.

Şura bunu dəstəkləyib. Qaqauz Respublikası Ali Sovetinin keçmiş sədri Mixail Kindegelyan “NG”-yə qeyd edib ki, Moldovada təkcə moldavlar deyil, həm də başqa millətlərin təmsilçiləri – qaqauzlar, bolqarlar, ruslar, ukrainlər yaşayırlar. “Onlar Rumıniyanı istəyirlər? Qaqauzlar istəmirlər. Moldova ləğv ediləcəyi halda bolqarlar bizimlə bir yerdə olacaqlar. Biz evimizi təmsil edən Moldovanın müstəqilliyinin saxlanması uğrunda mübarizə aparacağıq. Qeyd edim ki, muxtariyyətimizin nümunəsi örnək olub: Rumıniyada kip yaşayan macarlar bu yaxınlarda özləri üçün “qaqauzlardakı kimi” muxtariyyət tələb ediblər. Amma unionçular birləşməyə işləyirlər, həm də bu ssenari 20 il əvvəl hazırlanıb. Və indi onu o cümlədən Moldova hökumətinin təmsilçiləri həyata keçirirlər. Lakin sadə moldavların çoxu vətənsevər kimi qalır. Amma nədənsə passivdirlər. Biz isə susmayacağıq. Türkiyə prezidenti Ərdoğan mayda bizə səfər edəcək. Biz təxirə salınmış statusumuzla bağlı Türkiyənin zəmanəti haqda xahişlə ona müraciət edəcəyik. Əminəm ki, Ərdoğan bizi dəstəkləyəcək. Biz qardaşıq (qaqauzlar pravoslav inanclı türkdilli xalqdır-“NG”). Toqquşmalar olarsa, türklər müdaxilə edəcəklər və bu rumınlara xırda görünməz”.

Tədbir iştirakçıları Qaqauz muxtariyyəti və Moldova Respublikası dövlətçiliyinin saxlanması üzrə aydın mövqe ifadə etdikləri qətnamə qəbul edərək unionizmə  qarşı mübarizədə birliyə çağırıblar. Qaqauziya Avropa Birliyi, Avropa Şurası, ATƏT, ABŞ, Türkiyə və RF-yə “Rumıniyanın Moldova Respublikasının faktiki ilhaqına təcavüzkar idddialarını pisləmək” xahişilə müraciət ediblər.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 211




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap