Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Qarabağı azad görmək istəyən ŞƏHİD baş leytenant Asif Məmmədov - FOTO

Tarix 27.01.21, 21:11

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də cəlilabadlı baş leytenant Kərimov Asif Məmməd oğludur.

AzFakt.com xəbər verir ki, Asif Kərimov 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsilini davam etdirib.

O, 44 gün davam edən Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb.

Şəhidin qardaşı Fəttah Kərimov bildirib ki, Asifdə həmişə birinciliyə can atmaq eşqi var idi. Komandiri olmuş Polad Həşimov şəhidlik zirvəsinə yüksəldikdən sonra çox narahat idi. Deyirdi ki, Ali Baş Komandanımız nə vaxt əmr versə, döyüşlərə qoşulacağam. Qarabağı azad görmək onun ən böyük arzusu idi.

İgid döyüşçü ötən ilin noyabr ayında Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub. O, doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.

Qarabağı azad görmək istəyən şəhid Asif Məmmədov arzusuna qovuşdu. İndi onun ruhu şaddır...

Cəsur döyüşçü “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhid A.Məmmədov ailəli idi, 1 qızı və 1 oğlu var.

Allah bütün şəhidləri rəhmət eləsin!

Açıklama yok.




Xəbərin oxunma sayı : 568




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap