Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qarabağ döyüşçüsü:“Məni icra başçısı döyüdürüb” – Video

Tarix 14.11.19, 23:51

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağ veteranı, ehtiyatda olan kapitan Güləli Fərziyevə Nizami rayon İcra Hakimiyyətinin qarşısında təzyiq edilib. 
 
Bu barədə ehtiyyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov feysbuk səhifəsində yazıb:
 
"Sizin diqqətinizə təqdim etdiyim bu videoya diqqətlə baxın. Ehtiyatda olan kapitan Güləli Fərziyevə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında 13 noyabr 2019-cu il tarixində saat 15 radələrində bu cür vəhşilik və özbaşınalıq həyata keçirilib.
 


Məlumat üçün bildirirəm ki, ehtiyatda olan kapitan Güləli Fərziyev Qarabağ savaşının ən ağır dönəmlərində Füzuli döyüş briqadasının tərkibində mənim tabeçiliyimdə olmuş zabitdir və mərhum prezident, Ali Baş Komandan Heydər Əliyev tərəfindən şəxsən ön xəttdə, səngərdə 1994-cü ildə mükafatlandırılmış zabitlərdən biridir. Tabeçiliyimdə olduğuna görə bu zabiti vicdanlı, bacarıqlı və şəxsi heyətə daim diqqətlə yanaşan biri kimi tanımışam.

Onun ötən gün Bakı şəhərinin ortasında hansısa harın, vicdansız bir şəxs tərəfindən açıq-aydın şəkildə fiziki təhqirlərə məruz qoyulması, hesab edirəm ki, təkcə Güləli Fərziyevə qarşı deyil, Silahlı Qüvvələrimizin ən sanballı hərbi hissələrindən biri olmuş, Horadiz əməliyyatını Azərbaycan xalqına bəxş etmiş briqadanın bütün şəxsi heyətinə qarşı bir vandal, tərbiyyəsiz hərəkətdir.

Üzümü Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova, həmçinin əlaqədar hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə tutaraq deyirəm: durdurun bu tərbiyyəsizləri. Ən sərt şəkildə cəzalandırılmalıdır bu cür harın, tərbiyyəsiz məmurlar.

İnanıram ki, yaxın günlərdə bu müraciətimizə DİN-in rəhbər şəxsləri ciddi şəkildə reaksiya verəcəklər.

Füzuli döyüş briqadasının bütün şəxsi heyətinə komandanlıq adından müraciət edirəm. Heç kimi Sizin haqqınızı poza və Sizi incidə bilməz. Biz komandirlər Sizlərin həm döyüşlər zamanı, həm də mülki həyatda hər zaman yanınızdayıq. Sinəsi orden-medallarla dolu olan müharibə veteranları, hərbyönümlü təşkilatların rəhbərlərinə müraciət edirəm. Niyə səsinizi qaldırmırsınız? Niyə döyüş yolu keçmiş bir hörmətli zabiti müdafiə etmirsiniz? Tanıdığım və tanımadığım bütün dostlarımızdan ərkiyanə həm xahiş, həm də tələb edirəm ki bu qeydləri həm paylaşsınlar, həm də öz münasibətlərini etika çərçivəsində bildirsinlər.

Qarabağ müharibəsinin ən ağır dönəmlərində əziyyəti olan hər bir əsgər və zabit mənim üçün əziz və doğmadır. İmkanımız və gücümüz çatdığı çərçivələrdə biz onları qorumalıyıq və qoruyacağıq".
 
Xatırladaq ki, Güləli Fərziyev isə ona edilən təzyiqlərin Nizami rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə edildiyini yazıb.
 






Xəbərin oxunma sayı : 928




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap