Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qarabağın Azərbaycanlı İcmasının sədri: “Biz inanırıq ki, bu əsarət uzun çəkməyəcək“

Tarix 26.12.18, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


"Biz erməni icması ilə konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq". 

Bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev özünü separatçı rejimin başçısının mətbuat katibi kimi təqdim edən David Babayanın fikirlərini şərh edərkən bildirib.

"Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma mətbuat katibi kimi təqdim edən David Babayanın son şərhi ilə bağlı qeyd etmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların uzun illərdir davam etməsinə baxmayaraq, Azərbaycan tərəfindən pozitiv ismarıclar göndərilsə də, əfsuslar olsun ki, buna erməni tərəfindən həmişə mənfi reaksiya bildirilib. Nəzərə alınmalıdır ki, münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunmuş, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlıları öz doğma yurdlarından didərgin düşmüşdür. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir, - deyə o, qeyd edib.

İcmanın rəhbəri vurğulayıb ki, Azərbaycan torpaqlarının işğal altında qalması Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırmış və ilk növbədə, Dağlıq Qarabağdakı aqressiv separatçıların Ermənistanı və erməni əhalisini girov saxlaması üçün şərait yaratmışdır: "Dağlıq Qarabağın Azərbaycanlı icması inanır ki, bu əsarət uzun çəkməyəcək və hər iki icmanın yenidən birgə yaşayışı nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin sülh və təhlükəsizlik şəraitində davamlı inkişafı təmin olunacaq".

Report



Xəbərin oxunma sayı : 367




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap