Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qarabağın bərpasında iştirak etməyə şad olarıq - Dünya Bankı

Tarix 23.03.21, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


"Dünya Bankı Azərbaycanla müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlığa malikdir və əgər Azərbaycan hökuməti istəsə azad edilmiş torpaqlarının bərpasına da IBRD öz dəstəyini göstərməyə şad olar".

AzFakt.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.

“Təmsil etdiyim bankın tərkibinə ayrı-ayrı maliyyə institutları daxildir, onlardan biri də IBRD adlandırdığımız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. IBRD-nin ərazilərin bərpası ilə bağlı təcrübəsi də var.

Mən tarix müəllimi deyiləm, amma onu xatırlada bilərəm ki, II Dünya müharibəsindən sonra IBRD Avropanın yenidənqurma ehtiyaclarına cavab verməyə başlayıb. Beləliklə yenidənqurma və münaqişədən sonra bərpa bizim DNT-mizdədir deyə bilərəm.

Bunun səbəblərindən biri bizim qlobal olaraq mövcud olmağımızdır. Əsas işimiz münaqişə sonrası yenidənqurma işlərinə və ölkələrin münaqişəyə girmə potensial risklərindən qaçınmalarına kömək etməkdir. Həmçinin münaqişədən sonra bərpa işlərinin görülməsində qlobal təcrübəyə malikik.

Şübhəsiz ki, hökumətin hansı yenidənqurma ehtiyaclarına sahib olmasından asılı olaraq biz ona kömək edirik”.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırırb.

Azərbaycan IBRD-də 0,13 % paya malikdir və 2 371 səhm əldə edib. Bu səhmlər ölkəmizə 286 milyon ABŞ dollarına başa gəlib. Başqa sözlə, 1 səhmin nominal dəyəri təxminən 120 625 ABŞ dollarıdır. İndi isə hökumət öz payına uyğun olaraq daha 505 yeni səhm əldə etməyə hazırlaşır. Bunun isə dəyəri 60,915 milyon ABŞ dollarıdır.



Xəbərin oxunma sayı : 913




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap