Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qarabağ qazanında 2 qoç başı: Rusiya öz sahəsində Türkiyənin vasitəçiliyinə imkan verəcəkmi?

Tarix 24.10.20, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


İqor Subbotin

“Nezavisimaya qazeta”, 22.10.2020


Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın oktyabrın 22-də Moskvaya səfəri fonu Ankarada Dağlıq Qarabağla bağlı verilən sərt açıqlamalar olub. Beləliklə, səfər ərəfəsində Türkiyənin vitse-prezidenti Fuat Oktay, tələb olunduğu təqdirdə, ölkəsinin münaqişə zonasına nizami qoşun yeritməkdən çəkinməyəcəyini vurğulayıb. Bu cür bəyanatların atmosferi yalnız Moskva ilə Ankara arasındakı ziddiyyətlərin dərinləşməsi təəssüratını gücləndirib.

Önalın Rusiya paytaxtına səfəri, əsasən, Moskva və Ankaranın ənənəvi olaraq eyni vaxtda müzakirə etdikləri Suriya və Liviya məsələləri ilə əlaqələndirilib. Bununla birlikdə, Oktayın “CNN Türk”-lə söhbətində Türkiyənin Qarabağa qoşun göndərməkdə “tərəddüd etməyəcəyi” barədə açıqlaması Cənubi Qafqazın Rusiya-Türkiyə müzakirə mövzularından biri olacağına dair şübhələri artırıb. Lakin türkiyəli vəzifədaşı ilə danışıqlara başlamazdan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Qarabağdakı vəziyyəti müzakirə etməyi planlaşdırmadıqlarını söyləyib. “Bilirsiniz ki, həm Suriyada, həm də Liviyada yaxşı bir mübadilə var və bunu davam etdirəcəyik”, – deyə diplomat izah edib.

Verşinin Rusiya-Türkiyə danışıqlarında Dağlıq Qarabağ məsələsinin Liviya və Suriya sənədlərindən ayrıldığını açıq şəkildə bildirib. Rusiyalı diplomat jurnalistlərin sualını cavablandırarkən deyib: “Düzü, burada heç bir əlaqə görmürəm. Yalnız bir şey deyə bilərəm: Cənubi Qafqazda vəziyyət, o cümlədən Nyu-Yorkda Təhlükəsizlik Şurasında keçirilən məsləhətləşmələrdə müzakirə edilib və bu günün əsas vəzifəsinin atəşkəs çağırışı olduğu barədə ümumi rəy bildirilib. Bu barədə Moskvada, iki tərəfin xarici işlər nazirləri və xarici işlər nazirimizlə görüşdə danışdıq”. Söhbət oktyabrın 9-da Rusiyanın paytaxtında baş tutan Qarabağla bağlı 11 saatlıq danışıqlardan gedir.

“CNN Türk”-ə verdiyi müsahibədə Fuat Oktay Rusiya tərəfinin Qarabağ münaqişəsi çərçivəsində “həll yolu tapmağa çalışdığını”, ancaq Türkiyə olmadan dialoqun, əsas etibarilə, mümkün olmadığını söyləyib. Eyni zamanda, Türkiyə vitse-prezidenti Kremllə münasibətlərdə heç bir problemin olmadığını deməyə tələsib. Oktay bildirib: “Rusiya, bəlkə də davam edən xaos fonunda sağlam bir dialoq qurmağı bacardığımız ölkələrdən biridir. Problemlərimiz ola bilər, amma birlikdə çalışa biləcəyimiz sahələr də var. Bu baxımdan bir şey dəyişərsə, Türkiyə bunu səmimi şəkildə elan edəcək”.

Yaxın Şərq və Şimali Afrikaya gəlincə, Suriya böhranı hazırda Moskva ilə Ankara arasındakı münasibətlər üçün ən ciddi problemləri yaradır. Türk komandanlığı Suriya hökumət qüvvələrinin məsuliyyət daşıdığı bölgələrdə növbəti hücum əməliyyatını dəf etməyə hazırlaşır. Önalın Rusiya paytaxtına gəlişindən bir gün əvvəl Suriyada Müharibə Aparan Tərəflərin Barışığı üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Aleksandr Qrinkeviç Türkiyənin təsir zonasında yerləşən İdlib vilayətinin bölgəsində radikal birləşmələrin 20-yə yaxın hücumunun qeydə alındığını açıqlayıb.

“İkitərəfli münasibətlərdəki gərginlik son zamanlarda Türkiyə-Rusiya əməkdaşlığını müşayiət edən inamsızlığın dərinliyini nümayiş etdirir. – Bunu siyasi analitik Kərim Has bildirib. – Ankara Moskva üçün problemli bir ortağa çevrilir və onunla qarşılıqlı münasibət getdikcə çətinləşir. Şübhəsiz ki, kritik ziddiyyət kütləsi toplanır. Gərginlik bütün cəbhələrə yayılıb və Rusiyanın birbaşa məsuliyyət zonasına – Cənubi Qafqazın sərhədlərinə çatıb. Yumşaq desək, bu vəziyyət Moskvanı çox narahat edir”.

Analitik hesab edir ki, türk elitasının Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə vurğu etməsi Kremli qıcıqlandırmaya bilməz. “Dağlıq Qarabağ Moskvanın çətinlik çəkdiyi, lakin Ankaranın siyasətinə dözdüyü Suriya və Liviya deyil. Bu fonda Rusiya tərəfi Türkiyənin böhranlı münasibətlərdə olduğu dövlətlərə müsbət siqnallar verir”.

Türk mütəxəssis Moskvanın diplomatlar səviyyəsində Aralıq dənizində Ankara ilə mübahisələrində Afinaya dəstək ifadə etdiyinə və Misirlə Qara dənizdə ilk dəfə keçirilən birgə təlimlərə razı olduğuna diqqət çəkib. “Buna Qarabağdakı gərginliyi də əlavə etsək, yaxın vaxtlarda Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tuta bilər, – deyə Has bildirib. – Əks təqdirdə, ortaya çıxan problemlər idarəolunmaz hala gələcək”.

“Dağlıq Qarabağdakı qarşıdurma fonunda Suriya və Liviya mövzusu bir az arxa plana keçib və orada Türkiyə-Rusiya münasibətlərinin gələcəyini anlamaq üçün əhəmiyyətli hadisələr var”, – deyə təhlilçi əmin edir. Beləliklə, Ankaranın Suriyanın İdlib əyalətində bir ildən çoxdur ki, prezident Bəşər Əsəd ordusunun qüvvələri tərəfindən mühasirəyə alındığı müşahidə məntəqələrini tədricən bağladığına diqqət çəkir. “Suriya ordusu tezliklə M4 magistral yolunun cənub tərəfində Rusiyanın dəstəyi ilə hərəkətlərini gücləndirə bilər. Ərdoğan Moskva üçün açıq bir qeyri-sabitlik və gözlənilməzlik mənbəyinə çevrilir. Buna görə də, Kremlin hər hansı bir münaqişənin həllində onunla qarşılıqlı əlaqəsi mümkünsüz olur”.

Ekspert hesab edir ki, Ankaranın Qarabağ böhranının həllində vasitəçi olmaq istəyi də, ən azı, qəribə görünür. “Türkiyə yalnız Ermənistanı açıq şəkildə düşmən adlandırdığı üçün obyektiv kimi davrana bilməz. Ankara siyasi elitasının cihadçılarla sıx əlaqələri tezliklə Moskvanın uyğun şərtlər daxilində Türkiyəni “yaxın xaricdə” qeyri-sabitlik yaradan ölkələr sırasına daxil etməsinə gətirib çıxara bilər. Kreml Ankaranın Qarabağ münaqişəsinin həllində real danışıqlara və vasitəçiliyə girməsinə icazə verərsə, bu, Ankaranın Rusiyanın “əsas məsuliyyət zonasında” oynamaq istədiyi rola Moskvanın razılığı deməkdir”.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 352




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap