İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi Müğənni Nüşabə Ələsgərli qəza törədib
Axtar
 
  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

  • / Maqazin / — 12 Sentyabr 2017

    “5 yaşında nəvəm var” - Roza Zərgərli

Qarabağa görə 120 minlik Rusiya qoşunu?

Tarix 26.07.17, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru tədricən irəliləməsinin və bu separatçı bölgədə keçirdiyi irimiqyaslı hərbi təlimlərin məqsədi Ermənistana 120 minlik hərbi kontingent yeritməkdir. 

Virtualaz.org xəbər verir ki, bu açıqlama ilə Gürcüstnanın keçmiş müdafiə naziri, nüfuzlu dövlət xadimi Dmitri Şaşkin “Pirveli radio”ya müsahibəsində çıxış edib.

Şaşkinin sözlərinə görə, əgər 2008-ci ilin avqust müharibəsində Rusiyanın bir nömrəli hədəfi Gürcüstan idisə indi Gürcüstan Rusiyanı sadəcə olaraq Ermənistana dəhliz kimi maraqlandırır. Çünki Rusiya Gürcüstanda öz hökumətini oturdub, indi isə onun hədəfi Qarabağ və İrandır.

Keçmiş müdafiə naziri bildirib ki, rusların məqsədi Gürcüstanda ona yaxın hökumətin əliylə Abxaziya dəmir yolunun açılması idi. Bu plan baş tutmadığına görə indi onlar “B” planına keçiblər. Bu, quru yolu ilə Ermənistana dəhliz açmaqdır.



“Rusiya planlı şəkildə regionda eskalasiya hazırlayır. Rusiya Baş qərargahına görə regionda iki potensia təhdid var-İran və Qarabağ”-Şaşkin deyib. Gürcüstanın keçmiş müdafiə naziri çox güman ki, ABŞ-ın İrana mümkün müdaxiləsi halında regionda Rusiyanın maraqlarına qarşı yarana biləcək təhdidi nəzərdə tutub. Çünki Rusiya üçün İran birbaşa təhdid deyil.

Şaşkin deyib ki, Rusiya Cənubi Osetiyadakı hərbi qüvvələrini Ermənistandakı Gümrü hərbi bazasına yol açmaq üçün hazırlayır. Onun sözlərinə görə Gümrü bazası vasitəsilə Rusiya regiona, o cümlədən Qarabağa nəzarət edir. “Rusiya gizlətmir ki, Gürcüstan üzərindən Ermənistana dəhliz açmaq istəyir. Bunu başa düşməyən ancaq bizim hökumətdir. Hökumət hesab edir ki, Rusiyanı sığallasaq onlar bizdən əl çəkəcək. Təəsüf ki, Rusiya bizdən əl çəkmir. Rusiyanın regiondakı əsas hədəfi hazırda Gürcüstan yox, Azərbaycan və İran, konkret olaraq Qarabağdır”, - Şaşkin bildirib.

Keçmiş müdafiə nazirinin fikrincə Rusiya Gürcüstan üzərindən Ermənistana 120 minlik korpus yeridəcək, bu isə Gürcüstanın faktiki işğalı deməkdir. Şaşkinin dediyinə görə, 2012-ci ildən sonra Rusiya Abxaziya dəmir yolunun açılması üçün çox çalışıb, ancaq bu baş tutmayıb. “Gərək bu saat bizim baş nazir və xarici işlər naziri Vaşinqtonu, Ankaranı, Brüsseli dolaşıb təhlükə barədə car çəksin, onlar isə bunu etmirlər”, - Şaşkin deyib.




Xəbərin oxunma sayı : 1303

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda