Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qarabağda erməni vandalizmi... - Yeraltı tunellər, güllələnmiş fərarilər... - FOTO

Tarix 02.12.20, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


Ermənilər itkilərini gizlətmək üçün öldürülən əsgərlərinin cəsədlərini basdırırdılar. Cəbrayıl bölgəsində azərbaycanlı döyüşçülər yeddi erməni polisin dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb. Onların cəsədləri ümumi bir çuxura atılıb və üstü torpaqla örtülüb.

Bu barədə Oxu.Az-a Qubadlı rayonunun Mahmudlu kəndində hərbi bölmədən olan könüllü Beyrək Məmmədov danışıb.



Döyüşçünün sözlərinə görə, həmin rayonun Xanlıq kəndində evlərin quyularında və zirzəmilərində güllə yarası olan daha bir neçə cəsəd tapıblar.

B. Məmmədov onların erməni diversantları və fərari olduqlarını ehtimal edir.

“Bizim tərəfimizdə itki az idi. Bununla belə, kəndləri 6-7 nəfərlik kiçik qruplarla alırdıq. Bir kəndi tutmaq üçün təxminən 40 dəqiqə vaxt sərf edirdik. Füzuli və Cəbrayıl istiqamətlərindəki döyüşlərdən sonra ermənilər çox qorxdular.

Qubadlı bölgəsində mövqelərini, hərbi texnikalarını, silahlarını qoyaraq, kütləvi şəkildə qaçdılar. Bu istiqamətdə bizə qarşı, əsasən, polislər vuruşurdu. Belə görünür ki, polis mövqelərini tərk edən fərariləri güllələyirmiş. Bizim tapdıqlarımız da onların cəsədləri idi”, - deyə o bildirib.

B.Məmmədovun sözlərinə görə, bu ərazilərdə hökumət tərəfindən pul müavinəti və payla təmin edilən erməni diversantlar yaşayıb. Mahmudlu kəndi yerli standartlara görə Qubadlı rayonunun ən böyük yaşayış məntəqəsidir. Orada isə maksimum 70 ev var.

“Burada, hər evdə konservləşdirilmiş yeməklər, eləcə də, hərbi geyim, silah və sursat tapdıq. Ermənilər işğal altında olan ərazilərdə dinc sakinlərin yaşadığı barədə yalanlar danışıb.

Birmərtəbəli yaşayış evləri, əslində, çoxsaylı yeraltı tunellərlə birləşdirilmiş, betondan ibarət ikimərtəbəli zirzəmisi olan möhkəmləndirilmiş bunkerlərdir. Bütün bu istehkamları tikmək üçün ermənilərin kifayət qədər vaxtı olub.

Kəndlərdə Sovet dövründən qalan bir çox atribut tapdıq. Burada, əsasən, xurma və üzüm yetişdirilib. Bütün evlərdə şərabçılıqla məşğul olunub”, - deyə könüllü əlavə edib.

B.Məmmədov, həmçinin, erməni vandallarının bütün müsəlman qəbirlərini dağıtdığını söyləyib. Ancaq təəccüblüdür ki, bəzi tarixi abidələr - türbələr və ziyarətgahlar günümüzə gəlib çatıb.

İşğalçılar, demək olar ki, bütün meşəni qıraraq, özləri ilə aparıblar.








Xəbərin oxunma sayı : 958




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap