Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Qarabağda müharibə başlayacaq - Felgenhauer

Tarix 22.02.17, 22:18

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağda yeni toqquşmalar başlaya bilər

Axar.az xəbər verir ki, bunu Ermənistanın “1in.am” saytına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

“Qarabağda hərbi fəaliyyətlər mütəmadi qaydada olur. Şübhəsiz ki, konfliktin eskalasiyası mümkündür. Yeni müharibə ehtimalı var, amma onun nə vaxt baş verəcəyini deyə bilmərəm. Məncə, konfliktin eskalasiyası qaçılmazdır. Ona görə ki, tərəflər arasında ciddi danışıqlar aparılmır, tərəflərin mövqeyi üst-üstə düşmür. Yekun nəticədə Qarabağ cəbhəsi, hətta Ermənistan-Azərbaycan sərhədində də yeni toqquşmalar ola bilər. Tərəflər hərbi baxımdan buna hazırlaşırlar. Əvvəl-axır toqquşma olacaq. Ona görə ki, siyasi proses yoxdur.

Hər iki tərəf yeni silahlar alır. Üstəlik, hər iki tərəf müəyyən mənada Dördgünlük müharibənin nəticəsindən razı deyil. Azərbaycan ictimaiyyətində daha çox mövqeləri ələ keçirmək tələbi var, erməni ictimaiyyəti isə heç olmasa, apreldə itirilmiş mövqeləri geri qaytarmaq istəyir”.

O, Rusiyanın Qarabağda yeni konflikt arzulamadığını söyləyib:

“Qarabağ konfliktində eskalasiya Moskvaya gərək deyil. Digər tərəfdən isə Kremlin diqqətə alacağı başqa qayğıları var. O, bu məsələyə ciddi toqquşmalar olana qədər diqqət ayırmır. Əgər yenidən toqquşmalar olsa, Moskva tərəflərə apreldəki kimi təzyiqlər edəcək və onları hərbi əməliyyatları dayandırmağa məcbur edəcək.

Qarabağ konflikti Rusiya üçün müəyyən təhdid yaradır, amma bu, hələlik əsas təhdid demək deyil. Artıq tam başqa təhdidlər mövcuddur. Bu konflikt İrəvan və Bakı üçün prioritetdir, amma Moskva üçün yox. Rusiyaya hazırda orada müharibə lazım deyil. Prinsipcə, Rusiya həm İrəvan, həm də Bakı ilə yaxın əlaqələrə sahib olmaq, Zaqafqaziyada özünün sovet dövründəki dominantlığını bərpa etmək istəyər. Rusiya hazırda tərəflər arasında balansı saxlamağa çalışır ki, bu da öz növbəsində İrəvanda çoxlarının xoşuna gəlmir. Ona görə ki, Ermənistan Rusiyanın müttəfiqidir. Amma hər iki ölkə Rusiyaya lazımdır”.




Xəbərin oxunma sayı : 124




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap