Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qarabağdakı erməni silahlıları tərksilah edilir - “Arutunyan dedi ki, ordunu buraxacaq...“

Tarix 21.10.21, 19:38

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan parlamentində Qeyri-Hökumət Təşkilatları ilə keçirilən görüşdə maraqlı məlumat səsləndirilib.

“AzPolitika.info” Ermənistanın “News.am” saytına istinadla xəbər verir ki, parlamentdəki görüşdə iştirak edən QHT rəhbərlərindən biri Aşot Arutunyan Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanla görüşdüyünü deyib və bu görüşün onu çox məyus etrdiyini bildirib. 

Özü müharibə vaxtı Qarabağdan qaçan Aşot Arutunyan deyib ki, qondarma rejim rəhbəri ona erməni silahlı dəstələrini buraxacağını bildirib: “Araik Arutunyan dedi ki, ordunu buraxacaq. Ondan soruşdum ki, sənə bu hüququ kim verib? Cavab verdi ki, bunu azərbaycanlılar tələb edir.”

Arutunyanın bu açıqlaması hazırda erməni mətbuatında əsas gündəm mövzusuna çevrilməkdədir. Bu deyilənlərdən belə məlum olur ki, qondarma rejim başçısı Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərindəki qanunsuz erməni hərbi birləşmələrinin tərkisilah ediləcyini bildirib.

Hansı ki, bu şərt 10 noyabr üçtərəfli sazişinin bəndlərindən birində göstərilirdi. Və Azərbaycan tərəfi müharibə bitəndən sonrakı dövr ərzində haqlı olaraq Qarabağda bir nəfər də erməni yaraqlısının qalmamasını tələb edirdi. Belə görünür ki, bir ilə yaxın müddətdə bu tələbə müqavimət göstərən erməni tərəfi geri çəkilmək məcburiyyətində qalıb.



Xəbərin oxunma sayı : 658




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap