Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qarabağdakı müharibədə Azərbaycan qələbəni necə təmin etdi? - BBC-nin araşdırması

Tarix 14.11.20, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ordusunun Dağlıq Qarabağda 44 gün davam edən hərbi əməliyyatı hücum keçirən tərəfin uğuru ilə başa çatıb. Hər iki tərəfin qüvvələrinin az-çox bərabər olduğunu sayan və Azərbaycanın bu qədər mürəkkəb hərbi əməliyyatlar teatrında irəliləməyəcəyini düşünən müşahidəçilər üçün bu gözlənilməz olub. BBC Rus xidməti Azərbaycanın hərbi əməliyyatının təfərrüatlarını və erməni tərəfinin məğlubiyyətinin səbəblərini hərbi mütəxəssislərlə birlikdə araşdırıb.

Döyüşlər Azərbaycan qoşunlarının Dağlıq Qarabağın ən vacib yaşayış məntəqələrindən biri olan Şuşa şəhərini aldıqdan sonra sona çatıb.

Şuşa şəhəri Xankəndindən (Stepanakertdən) bir neçə kilometr məsafədə dağın zirvəsində yerləşir və Qarabağı Ermənistanla birləşdirən yol bu şəhərdən keçir.

"Şuşi (Şuşa) bütün Qarabağın açarıdır. Bu, Stepanakerti (Xankəndi) nəzarət altında saxlamağa imkan verən bir mərkəzdir. Birinci müharibə dövründə də vəziyyət belə idi, amma o zaman silahlanma səviyyəsi tamamilə fərqli idi," - Ermənistanın İctimai radiosunun keçmiş rəhbəri Mark Qriqoryan deyir.

Sentyabrın sonu-oktyabrın əvvəlində, hərbi əməliyyatının ilk mərhələsində Azərbaycanın bu strateji şəhərin ələ keçirəcəyini və Ermənistanı faktiki olaraq sülhə məcbur edəcəyini təsəvvür etmək çətin idi.

Bir çoxları düşünürdü ki, əvvəllər olduğu kimi, Azərbaycan bir neçə strateji əhəmiyyətli yüksəkliyi və bir neçə kvadrat kilometr ərazini tutandan sonra bu dəfəki gərginlik də bitəcək.

2016-cı ildə məhz belə də olmuşdu - o zaman dörd günlük döyüşlərdən sonra Azərbaycan Talış kəndi ətrafında və Füzuli istiqamətində bir neçə yüksəkliyi aldığını elan etdi.

Dönüş nöqtəsi

Münaqişə sentyabrın 27-də təmas xətti boyu beş rayonda - Murovdağ dağı, ermənilərin nəzarətində olan zonanın şimalındakı Talış və Ağdərə (Mardakert) kəndlərində, həmçinin Cəbrayıl və Füzuli rayonlarında qarşılıqlı atışmadan başlayıb.

Ümumiyyətlə müharibə iki istiqamətdə - Qarabağın şimalında və cənubunda döyüşlər formatında davam edib.

Şimalda general-mayor Hikmət Həsənovun komandanlığı altında 1-ci korpus, cənubda - general-leytenant Hikmət Mirzəyev və general-mayor Mais Bərxudarovun rəhbərliyi altında iki ordu qrupu döyüşürdü. Prezidentin mətbuat xidmətinin məlumatlarından birində həmin bölmələr korpus kimi qeyd olunmuşdu.

Bir neçə gün ərzində Azərbaycan vəziyyəti öz xeyrinə yönəldə bilmirdi, təmas xətti boyunca yerləşən rayonlarda döyüşlər aparılırdı, ancaq oktyabrın 9-da Azərbaycan qüvvələri Cəbrayıl şəhərini aldı.

Bu şəhər sakinləri tərəfindən tamamilə tərk edimiş və dağıdılmışdı. O, bu günə qədər xarabalıqda qalmaqda davam edir. Bu şəhər təmas xəttindən 20 km məsafədə yerləşirdi və irəliləyən tərəf həmin şəhərə iki həftəyə çatmışdı. Yəni, ilk günlərdə Azərbaycan qoşunlarının irəliləyişinin sürətli olduğunu demək olmazdı.

Bir neçə gün sonra Hadrut alındı - bu, Dağlıq Qarabağ ərazisindəki ilk rayon mərkəzi idi. Bu, Azərbaycan bölmələrinin hərəkət istiqamətində yerləşən və mülki şəxslərin qaldığı ilk şəhər idi.

Hadrutun alınması ilə vəziyyət dəyişdi - Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başladı.

"İlk fəlakət Hadrutun nədənsə ciddi müqavimət göstərməməsi idi və bu, hər şeyi həll etdi," - adının açıqlanmasını istəməyən bir erməni hərbi mütəxəssisi BBC-yə deyib.

Azərbaycan qüvvələri əsasən cənubda, Ermənistan-İran sərhədi boyunca irəlilədilər. Cəbrayıl və Hadrutdan sonra Azərbaycan Füzuli, Zəngilan, Qubadlı üzərində də nəzarəti ələ keçirdi. Bu hücumun hədəfləri Şuşa ilə Laçın şəhərləri idi.

Hər iki şəhər dağlıq ərazidə yerləşir və həmin şəhərlərin istiqamətində hücum sürətli deyildi, baxmayaraq ki, o vaxta qədər erməni qüvvələrinin müqaviməti zəifləmişdi. Nəticədə, ağır texnika olmadan azərbaycanlılar dağlıq ərazi ilə Şuşaya çatdılar və döyüşlərdən sonra onu aldılar.

Bu şəhərin alınması münaqişənin həlledici anı oldu - bundan sonra müharibə sona çatdı.

Azərbaycan və Ermənistan hansı silahları alırdılar

Dağlıq Qarabağdakı münaqişə 25 il ərzində dondurulmuş vəziyyətdə olarkən, hər iki tərəf bu problemi güc hesabına həll etməyə hazır olduğunu bildirirdi.

Hər tərəfin potensialını qiymətləndirmək çətin idi - açıq mənbələrdə hərbi satınalmalarla bağlı dəqiq məlumatlar yoxdur. Erməni tərəfdən hərbi texnikanın bir hissəsi Dağlıq Qarabağ ərazisində yerləşdirilmişdi - bu barədə demək olar ki, heç nə məlum deyil.

Bakının və Yerevanın son illərdə aldığı silahlar barədə müəyyən fikir irəli sürmək olar, lakin, 1990-cı illərdən bəri qalan silah ehtiyatı barədə dəqiq məlumat olmayıb.

Tərəflərin müharibədən əvvəl aldığı silahlar daha çox əhəmiyyət kəsb edib.

2000-ci illərdə Azərbaycan daha fəal şəkildə silahlanırdı. Buna yüksək neft qiymətləri imkan verirdi. Bu, 2010-cu illərin ortalarına qədər davam edib.

2014-cü ildə Azərbaycan hərbi məqsədlər üçün ÜDM-in 5,1 faizini, Ermənistan isə 4,29 faizini xərcləyib. Ermənistanın ÜDM-i Azərbaycanın ÜDM-indən nəzərəçarpan dərəcədə aşağıdır.

"21-ci əsrdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsini 3-5 dəfə üstələyib; bəzi illərdə Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox olub," - Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun baş elmi işçisi Vasili Kaşin BBC-yə deyib.

2010-cu illərin ikinci yarısında Azərbaycan silah alışını azaldıb. Mütəxəssislər bunu Azərbaycanın öz ehtiyaclarını artıq təmin etməsi ilə izah edirlər.

Lakin müharibədən bir il əvvəl Azərbaycan yenidən fəal şəkildə Türkiyədən silah almağa başladı. Reuters-in xəbər verdiyinə görə, Türkiyədən Azərbaycana silah ixracatı altı dəfə artaraq avqust ayında 36 milyon dollar, sentyabrda isə 77 milyon dollar təşkil edib.

2020-ci ildə Bakı Türkiyədən Qarabağda effektiv tətbiq edilən Bayraktar dronlarını alıb.

Bundan əvvəl Azərbaycan İsraildən kamikadze dronları və yüksək dəqiqlikli raket sistemləri, Rusiyadan TOS-1A "Solntsepek" ağır alovyağdırıcı sistemləri, BMP-3 zirehli maşınlarını, "Msta-S" özüyeriyən artilleriya qurğuları divizionu, S-300 raket sistemlərinin iki divizionunu və bir neçə "Tor-M2E" raket komplekslərini alıb.

"Azərbaycanın silahlanmaya sərf etdiyi xərclər və planlaşdırma işi daha məqsədyönlü idi. Onlar pullarını səpələmirdi, ehtiyac duyduqlarını alırdılar, Yaxın Şərqdəki müharibə təcrübəsini öyrənirdilər. Hazırkı münaqişəyə nümunəvi bir şəkildə hazırlaşdılar və bu, yalnız sırf hərbi hazırlıq deyil, həm də siyasi, iqtisadi, təbliğat sahələrinə də aiddir," - Kaşin deyir.

2010-cu illərin ortalarından etibarən Ermənistan da silahlara daha çox pul xərcləməyə başladı. Ermənistan tərəfindən "Smerç" yaylım atəş raket sistemləri, çox sayda tank əleyhinə silah, səyyar zenit raket sistemləri, Tor M2KM zenit raket sistemləri və İskander-E raket kompleksləri divizionu.

Ancaq bəzi satınalmalar hətta Ermənistanın özündə belə təəccüb və hətta tənqidlərə səbəb olurdu. Belə ki, çoxları 2019-cu ildə dörd Su-30SM təyarəsinin alınmasını mənasız saydı. Bu təyyarələr - ağır qırıcı təyyarələrdir, Azərbaycan MiQ-29-larına nisbətən daha sürətli və daha güclüdür. Onların qiyməti çox baha, döyüş qabiliyyəti isə Qarabağ müharibəsinin miqyasına sığmırdı.

"Ermənilər əllərindəki pulu belə ən yaxşı şəkildə istifadə etmədilər və müharibənin bu qədər uzun sürməsi ermənilərin mənəvi və psixoloji keyfiyyətlərinin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Müdafiələri çox möhkəm idi və şəxsi heyətin də keyfiyyəti pis deyildi," - Vasili Kaşin deyir.

Pilotlu aviasiyadan niyə zəif istifadə olunub

Müharibə başlamazdan əvvəl hər iki ölkə təlimlər keçirdi - Azərbaycan Türkiyə ilə, Ermənistan isə Rusiya ilə birlikdə belə təlimlər keçirdi.

Təlimlər zamanı 29 iyul - 10 avqust tarixləri arasında Türkiyə döyüşçüləri Azərbaycanın Gəncə aerodromuna yerləşdirilib. Sonradan Ermənistanda bu döyüşçülərin bir hissəsinin orada qala biləcəyi və müharibə zamanı Azərbaycan qüvvələrinə dəstək ola biləcəyi iddia edildi.

Yerevan hətta türk pilotlarını erməni Su-25 hücum təyyarəsini vurmaqda günahlandırdı.

Bu məlumat təsdiqlənmədi, ancaq Gəncədəki türk qırıcı təyyarələrinin şəkilləri daha sonra New York Times qəzetinin jurnalisti Christian Tribert tərəfindən Twitter-də yayımlandı.

Sonradan Azərbaycan türk döyüşçülərinin həqiqətən Gəncədəki aerodromda olduğunu, lakin döyüş əməliyyatlarına qatılmadığını etiraf etdi.

Qeyd olunmalıdır ki, nə müəyyən sayda döyüş helikopteri və təyyarəsinə sahib olan Qarabağ, nə də helikopterlər və hücum təyyarələri olan Azərbaycan pilotlu təyyarələrdən fəal şəkildə istifadə etməyib - hər iki tərəf qarşı tərəfdə effektiv hava hücumundan müdafiə sistemlərinin olduğundan narahat idi.

Hərbi ekspert Mixail Xodarenokun sözlərinə görə, Qarabağ və onun arxasında duran Ermənistan çətin ki, hava hücumundan effektiv müdafiə sistemi yarada bilərdi.

Ölkənin hava hücumundan müdafiəsinin təşkil olunması ciddi maliyyə vəsaiti tələb edir - misal üçün bu cür müdafiənin yaradılmasına Ermənistan öz on illik büdcəsini xərcləməli idi.

Bundan əlavə, ekspertin fikrincə, Dağlıq Qarabağda mövcud hava hücumundan müdafiə sistemi hücum helikopterləri və hücum təyyarələri ilə mübarizə aparmağa hesablanmışdı, reallıqda isə onların qarşısına kiçik dronlar çıxmışdı.

Azərbaycanın strategiyası və taktikası

Rusiyalı hərbi ekspert, "Vətən arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski Azərbaycanın bütün ordu korpusları ilə müharibəyə başlayaraq genişmiqyaslı kəşfiyyat apardığını qeyd edir. Zəif bir yer tapan Azərbaycan ordusu əvvəlcə Ermənistanın müdafiəsini yardı və sonra uğurlu bir əməliyyat keçirdi.

Muraxovskinin fikrincə, Azərbaycan ordusu hərtərəfli kəşfiyyata, uzaq mənzilli artilleriya zərbələri və dron zərbələrindən istifadə edib.

Muraxovski Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərində 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib əyalətində eyni taktikanı tətbiq edən türk ordusunun üslubunu qeyd edir.

Ekspert deyir ki, belə bir sıxılma taktikası möhkəmləndirmələri bir sektordan digərinə sürətlə köçürmə qabiliyyəti olmayan düşmənə qarşı yaxşıdır.

Azərbaycanlı hərbi ekspert Azad İsazadə hesab edir ki, Bakı əvvəlcə zərbənin əsas ağırlığını cənub istiqamətə yönəltməyi planlaşdırırdı.

Azərbaycanın hərbi planlarında dəyişiklik qoşunların bir hissəsi Laçın üzərindən əsas zərbəni vurmaq üçün Şuşa istiqamətində tərəf hərəkətə keçəndə baş verib.

Ermənistan müdafiəsinin zəif tərəfləri

"İlk bir neçə gündə çətin idi. İlk müdafiə xətti yarılandan sonra isə cəbhə sözün əsl mənasında çökdü," - Azad İsazadə dedi.

Erməni eksperti isə hesab edir ki, Dağlıq Qarabağ rəhbərliyi hücumun cənub cinahda aparılacağını əvvəlcədən nəzərə almayıb.

Qarabağın şimalında cənub istiqaməti ilə müqayisədə müdafiə sistemləri daha yaxşı hazırlanmışdı

Qarabağ müdafiəsində iki zəif nöqtə var idi - cənubda və Ağdam rayonunda, şimal istiqamət isə ciddi şəkildə möhkəmləndirilmişdi, İsazadə qeyd edir.

Erməni hərbi ekspertinin fikrincə, Hadrut bölgəsinə qədər uzanan düzənlik ərazi, yalnız ciddi istehkam sistemi və minalanmış sahələr olduğu təqdirdə müdafiə oluna bilərdi.

Onun təbirincə, Azərbaycan onların orada yoxluğunu yaxşı bilirdi və buna görə də əsas hücumlar o istiqamətdən başladı.

"Erməni tərəfi müdafiə sisteminin, istehkamların hazırlanmasına, kamuflyaj və kəşfiyyat işlərinin aparılmasına ciddi münasibət göstərmədi. Erməni tərəfindən aparılan planlaşdırılmada bütün bu çatışmazlıqlar, 2016-cı ildən başlayaraq, aydın görünürdü, amma onlar bundan heç bir nəticə çıxarmadılar," - Vasili Kaşin deyib.

"Tərəflərdən biri çox yaxşı hazırlaşmışdı, on illər ərzində bunu edirdi, digər tərəf isə daha zəif idi və hazırlığı da birtəhər idi," - ekspert fikirləni yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 562




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap