Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qardaş ölkəyə yardım üçün hansı əşyalar göndərilməlidir? - AÇIQLAMA + SİYAHI

Tarix 08.02.23, 13:02

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə zəlzələ ilə bağlı əhaliyə yardım kampaniyası çərçivəsində göndəriləcəklər içərisində ehtiyac duyulmayan əşyaların olduğu müşahidə edildiyindən Türkiyə səfirliyi kampaniyaya dəstək olanlara müraciət ünvanlayıb.

Mövzu ilə bağlı daha ətraflı Oxu.Az-a açıqlamasında yardım kampaniyasının qrup rəhbərlərindən biri Ferhad Çeğil məlumat verib.

O bildirib ki, insanlar, demək olar ki, evlərində olan bütün əşyaları göndərməyə çalışırlar, buna görə təşəkkür edirlər, amma bir məqam var: “Ötən gün toplanan yardımlar çeşidlənərkən mövcud vəziyyətdə Türkiyədə əhalinin ehtiyac duymadığı bir çox əşyaların olduğunu gördük. Bugünkü vəziyyətdə bizə daha çox elan etdiyimiz siyahı üzrə əşyalar, geyimlər, çadırlar və s. lazımdır.

Əziz yoldaşlar, sizdən xahiş edirik, gətirdiyiniz əşyalar, geyimlər istifadə edilməmiş, yeni əşyalar olsun. Şərt deyil ki, üzərində etiket olsun, amma bir corab olsun, istifadə edilməmiş olsun. Həddən artıq çox yardımın gətirildiyini nəzərə alaraq, səfirliyimiz kampaniya çərçivəsində yalnız və yalnız yeni geyimlərin, əşyaların qəbul edilməsi barədə qəti tapşırıq verib”.

Məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdən bildirilib ki, yardım kampaniyası çərçivəsində daha çox istifadə olunmamış geyimlərə üstünlük verilir.

Qeyd edək ki, səfirliyin yardım üçün siyahısında aşağıdakı əşyalar var:

Geyimlər:

Palto, gödəkcə;

Sukeçirməz gödəkcə;

Uzunboğaz çəkmə;

Sviter,

Şalvar,

Əlcək,

Şərf, papaq;

Corab;

Alt geyimləri;

Digər ləvazimatlar:

Çadır;

Yataq;

Döşək (çadır üçün);

Adyal;

Yuxu kisəsi;

Qaz balonları, soba tipli;

Termos;

Əl fənəri;

Poverbank;

Generatorlar;

Qida konservləri;

Uşaq yeməkləri;

Uşaq bezləri;

Təmizlik və gigiyena vasitələri.



Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap