Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qarpız-yemiş almaq təhlükəlidir XƏBƏRDARLIQ

Tarix 19.06.19, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


İyun ayı olsa da artıq bazar və marketlərdə qarpız-yemiş  satışı ilə qarşılaşırıq. Sirr deyil ki, bu məhsullar  hazırki mövsümdə mineral gübrələrin köməyi ilə yetişdirilir. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan istilik məhz iyul-avqust aylarında olduğu üçün mütəxəssislər iyun ayı ərzində qarpız yeməyi məsləhət görmürlər.

Amma hazırda satışda olan qarpız-yemişi alanlar az deyil. Bu məhsulların nə kimi ziyanı var?  
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  məsələ ilə bağlı Modern.az-a danışıb. Ekspertin sözlərinə görə,  təmiz, gübrəsiz qarpızın çəkisi  5 kiloqramdan çox olmamalıdır.

"Hər il bu sahədə monitorinqlər aparırırq. Qarpız, yemiş  istehsal edən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi  qarpız və yemişin   yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir.  Xüsusilə, böyük ölçüdə rəngi çəhrayı olan qarpızlar gübrənin çox olduğunun göstəricisidir”.

Pediatr Vaqif Qarayev bildirir ki, iyul ayının 20-ədək uşaqlara qarpız-qovun yedirmək qətiyyən olmaz:
"Qarpızın Azərbaycanda yetişmə dövrü iyul ayının 20-dən sonradır. Ondan əvvəl yetişdirilən qarpızlar sağlamlıq üçün təhlükəlidir. Təcrübəli adam qarpızı kəsəndən sonra rəngindən hiss edir ki, düzgün yetişdirilməyib. Tez qızarsın deyə qarpız tağlarına süni maddələr, nitratlar vurulur. Satış yerlərində  qarpız, yemiş  nəzarətdən keçirilməlidir. Əgər məhsul sanitar normanı keçirsə, nitrat çox vurulubsa, satışdan yığışdırılmalıdır. Yemişə də  süni qidalar vurulur, lakin qarpızda bu cür qidalardan, nitratlardan daha çox istifadə olunur. Buna görə də o daha təhlükəlidir. Vaxtından əvvəl yetişdirilmiş bu cür tərəvəzlər uşaqlarda allergiya, mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. Xüsusən körpə uşaqlarda bu proses daha tez özünü göstərir, qana zəhərlənmə keçir”.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap