|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Qars müqaviləsinin 100 ili: əfsanələr, iddialar və tarixi gerçəklər – ARAŞDIRMA
Tarix 14.10.21, 11:12 |
|
3 saylı Əlavədə isə Naxçıvanın sərhədləri belə müəyyənləşdirilmişdi: “Urmiya kəndi, oradan düz xətlə Arazdəyən stansiyası (o, Ermənistan Sovet Sosialist Respublikasına qalır), sonra düz xətlə qərbi Daşburun dağını (3142) – oradan şərqi Daşburun dağını (4108) – Cəhənnəm dərəsi çayını keçərək Bulağın (“Rövnə”) cənubuna çatır, Bağırsaq (Yağıqsık) dağının (6607), yaxud 6587-ci yüksəkliyin suayrıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzasının inzibati sərhədini, oradan Şərur-Dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən Kömürlüdağa (6839, yaxud 6930) və oradan 3080-ci yüksəkliyə gəlir. Sayatdağ (7868) – Qurdqulaq (Kurt Kulaq) kəndi – Həməsür dağı (8160) – 8022-ci yüksəklik – Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi”.
Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyənləşdirilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi. Həm müqaviləni, həm də 3 saylı Əlavəni Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin imzaladığını nəzərə alsaq, əminliklə demək olar ki, dörd qonşu ölkə Naxçıvanı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı.
Beləliklə, Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilələrlə tam şəkildə həll etdi.
Atatürkün Naxçıvan dəhlizi
Türkiyə Böyük Millət Məclisi Ordusunun Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir paşa keçirdiyi hərbi əməliyyatların və apardığı danışıqların bütün detalları barədə Mustafa Kamal Atatürkü məlumatlandırırdı. Bunu komandanın iki cildlik “İstiqlal Hərbimiz” adlı kitabından da görmək olar. Bu mənada Nəriman Nərimanovun bədnam 1 dekabr 1920-ci il tarixli bəyanatı ilə Zəngəzuru Ermənistana güzəştə getməsindən cəmi bir gün sonra – dekabrın 2-də Kazım Qarabəkirin Ermənistanın daşnak hökuməti ilə imzaladığı Gümrü (Aleksandropol) müqaviləsinə Naxçıvanla bağlı müddəanın salınması heç də təsadüfi sayıla bilməz. Bəzi məlumatlara görə, Atatürkün 1 dekabr bəyanatından narazılığını Kazım Qarabəkir Behbud ağa Şahtaxtinskiyə çatdırmışdı.
Yusuf Kamalın yazdığına görə isə, Moskva müqaviləsini imzalamaq üçün yola çıxmamışdan bir gün öncə Mustafa Kamalla görüşdüyü zaman ona “Naxçıvan türk qapısıdır. Bu xüsusu nəzərə alaraq əlinizdən gələni yapın!” göstərişi vermişdi. Yəni Moskva və Qars müqavilələri, eləcə də ondan sonra Türkiyənin atdığı addımlar Atatürkün Naxçıvan dəhlizinə nə qədər önəm verdiyini göstərir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası yaradılarkən Azərbaycan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürkün İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etməsindən sonra mümkün oldu. 23 yanvar 1932-ci ildə Tehranda imzalanmış Türkiyə-İran sazişinə əsasən, Böyük və Kiçik Ağrı dağları Türkiyəyə, bunun əvəzində isə Van bölgəsində Qotur adlanan ərazi İrana verildi. Eyni zamanda Atatürk Rza şahı İran-Naxçıvan sərhədindəki müəyyən ərazini Türkiyəyə satmağa razı sala bildi və həmin torpağın pulunu şəxsi vəsaiti ilə ödədi. Yalnız bundan sonra Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik birbaşa sərhəd xəttinin yaradılması mümkün oldu.
Atatürkün bu uzaqgörən gedişi isə səbəbsiz deyildi. Moskva və Qars müqavilələrinə əsasən, Batum limanını Gürcüstana (əslində isə Rusiyaya) güzəştə getmək məcburiyyətində qalan Türkiyə üçün Naxçıvan Sovet Rusiyası tərkibindəki türk cümhuriyyətlərinə yeganə çıxış vasitəsi sayıla bilərdi. Kazım Qarabəkir paşa Naxçıvanı nahaq yerə “Şərq qapısı” adlandırmırdı.
Qars müqaviləsindən sonrakı Sovet Naxçıvanı
Qars müqaviləsindən sonra Naxçıvan ərazisində Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrildi. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan edildi.
Ermənistan Qars müqaviləsi ilə Naxçıvanı qeyd-şərtsiz Azərbaycan torpağı kimi qəbul etsə də, Naxçıvana qarşı ərazi iddialarından əl çəkmədi və tarixi havadarlarının köməyi ilə zaman-zaman Naxçıvanın bir sıra ərazilərini öz tərkibinə qatdı. Belə ki, Zaqafqaziya MİK-in qərarları ilə 1929-1931-ci illərdə Naxçıvan MSSR-in ərazisinin bir qismi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Ağbinə, Ağxaç, Almalı, Dağ Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçıvan sovetliyinə daxil olan Mehri, Buğakər yaşayış məntəqələri, Kilit kəndinin bir hissəsi, ümumən 657 kvadrat kilometr sahə qanunsuz olaraq Ermənistana verildi. Ümumiyyətlə, 1920-1990-cı illərdə Naxçıvanın Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin təqribən 15 faizi Ermənistan tərəfindən zəbt edildi.
Sovet dövründə ermənilərin Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı ən böyük skandallardan biri 1960-cı ildə baş vermişdi. Həmin ilin martında Xalq şairi Səməd Vurğunun Elmlər Akademiyasının böyük iclas salonunda keçirilən xatirə gecəsində əslən Naxçıvandan olan görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov da söz alıb çıxış etmişdi. Səməd Vurğun haqqında xatirələrini və şairin yaradıcılığı fonunda xalqlar dostluğundan danışdıqdan sonra o, Naxçıvanla bağlı təhlükəli xəbərlərin gəldiyini, ermənilərin Naxçıvanı Ermənistan SSR-in tərkibinə qatılması iddiasını irəli sürdüklərini bildirmiş, fikrini “Naxçıvan Azərbaycanın müqəddəs, ayrılmaz hissəsi olub, hissəsidir və belə olaraq da qalacaq və biz onu heç kimə vermərik” sözləri ilə tamamlamışdı. Bu çıxış Abbas Zamanovun partiyadan xaric edilməsi və Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin baş müəllimi vəzifəsindən azad olunması ilə nəticələnmiş, eyni zamanda ermənilərin məkrli planının üstündən xətt çəkmişdi. Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləməyə başlayan Abbas Zamanov isə beş ildən sonra partiyaya və universitetdəki işinə bərpa olunmuşdu.
Müstəqillik dövründə Qars müqaviləsi
Ermənistanın Azərbaycana hərbi təcavüzü 1990-cı ildə Qars müqaviləsini yenidən gündəmə gətirdi. 18 yanvar 1990-cı ildə Naxçıvanın Şərur rayonunun Kərki kəndi SSRİ Daxili Qoşunlarının iştirakı ilə Ermənistan tərəfindən işğal olundu. Yanvarın 19-da isə ermənilər Sədərək qəsəbəsinə güclü hücum təşkil etdi. Məqsəd Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şərait yaratmaq idi. Həmin gün Naxçıvan şəhərində muxtariyyətin parlamenti qarşısında toplanan 20 mindən çox insanın tələbi ilə muxtar respublika Ali Sovetinin fövqəladə sessiyası çağırıldı. Uzun sürən müzakirələrdən sonra sessiya aşağıdakı məzmunda qərar qəbul etdi:
“SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən;
Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından;
Ermənistan SSR tərəfindən edilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından;
Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan:
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır:
1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.
2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin.
3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun.
4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıxarılsın.
5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun.
6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın”.
Bu qərar Qars müqaviləsini yenidən gündəmə gətirmək və Türkiyədən hərbi yardım istəmək baxımından olduqca böyük tarixi əhəmiyyəti vardı. Azərbaycan SSR Ali Soveti muxtariyyət parlamentinin bu qərarını 27 yanvar 1990-cı ildə ləğv etsə də, bu cəsarətli addım siyasi baxımdan çox əhəmiyyətli idi. Sovetlər İttifaqının 70 illik tarixində ilk dəfə olaraq muxtar ərazinin imperiyanın tərkibindən çıxması kimi tarixə düşən bu hadisə dünyada geniş rezonansa səbəb oldu. Bu tarixi qərara isə Naxçıvan MSSR Ali Sovetinin sədri Səkinə Əliyeva imza atmışdı.
Qars müqaviləsinin davamlı olaraq siyasi gündəmdə saxlanılması isə 3 sentyabr 1991-ci ildə Heydər Əliyevin Naxçıvan MSSR Ali Məclisinin sədri seçilməsindən sonra başladı. Bu, Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri olmaqla yanaşı, həm də uzaqgörən siyasi gediş idi. Çünki 1990-cı illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar blokada vəziyyətinə düşmüş Naxçıvanı Türkiyənin himayəsi altında qorumaqdan başqa yol yox idi. Bu səbəbdən Heydər Əliyev həm çıxışlarında, həm də Türkiyəyə səfərlərində Qars müqaviləsinin əhəmiyyətini dəfələrlə vurğulayırdı. Heç də təsadüfi deyil ki, 13 oktyabr 1999-cu ildə Naxçıvanda Kazım Qarabəkir Paşa məscidinin açılışına Heydər Əliyev Kazım Qarabəkir paşanın qızını da dəvət etmişdi. Bu, təkcə Kazım Qarabəkirə tarixi xidmətlərinə görə minnətdarlıq jesti yox, həm də dünyaya mesaj idi: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Türkiyə Cümhuriyyətinin imzaladığı Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin burada böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Qars müqaviləsi ləğv oluna bilərmi?
Ermənistan Naxçıvana qarşı ərazi iddialarına qanuni don geyindirmək məqsədilə zaman-zaman Qars müqaviləsinin ləğv olunması təşəbbüsü ilə çıxış edir, lakin bu zaman normal səbəb də göstərə bilmir.
Əvvəla, nəzərə almaq lazımdır ki, Qars müqaviləsi Türkiyə ilə RSFSR arasında imzalanmış Moskva müqaviləsinin davamı kimi ortaya çıxıb. RSFSR bu gün rəsmən mövcud olmasa da, Rusiya Federasiyası onun hüquqi varisidir.
İkincisi, Qars müqaviləsi müddətsiz imzalanıb və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz.
Üçüncüsü, Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilib və həmin il sentyabrın 11-dən qüvvəyə minib.
Dördüncüsü, müqaviləni imzalayan Azərbaycan, Gürcüstan və Ermənistan Sovet Sosialist respublikaları bu gün mövcud deyillər. SSRİ-nin dağılmasından sonra onların ərazisində yaranmış eyniadlı müstəqil respublikalar özlərini 1918-ci ildə Zaqafqaziya Seyminin dağılmasından sonra elan olunmuş demokratik cümhuriyyətlərin varisləri elan ediblər. Bununla belə, hər üç dövlətin Türkiyə ilə sərhədləri faktiki olaraq Qars müqaviləsi əsasında formalaşıb.
Beşincisi, Naxçıvanla bağlı 3 prinsip (Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilir; Naxçıvan Azərbaycanın protektoratlığına verilir; Azərbaycan Naxçıvanı üçüncü dövlətə verməməlidir) Moskva müqaviləsi ilə təsbit edilib. Bu müqavilənin isə Ermənistana aidiyyəti yoxdur.
Mübaliğəsiz demək olar ki, Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə bölünmüş Azərbaycan xalqının taleyindən “müqavilə” sözü qırmızı xətlə keçir. Amma bu gün 100 yaşı tamam olan Qars müqaviləsi tariximizdə özünəməxsus strateji yer tutur. Zəngəzurun itirilməsi ilə ana vətəndən ayrı düşmüş Naxçıvanın muxtariyyəti məhz Gümrü, Moskva və Qars müqavilələrinin bəhrəsidir.
Xəbərin oxunma sayı : 757
Maraqlı
Xəbərlər
-
“Biz sevgili olmamışıq” - Faiq Ağayev
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ